Humanitar elmlərdə baş verən dəyişikliklər, Quran mənbələrinə əsasən yerinə yetirilir-Ayətullah Məkarim

Ayətullah Məkarim Şirazi

"Biz gərək Quran mənbələrinə əsasən humanitar elmləri tərtib edib, cəmiyyətə təqdim edək”

“O zaman ki, bir cəmiyyətin mədəniyyəti dəyişər, şübhəsiz ki, bu cəmiyyətin iqtisadiyyatı, siyasəti və ictimai məsələləri də bu dəyişikliklərə uyğun dəyişər. Bu məsələyə ciddi yanaşmaq lazımdır”-"Deyerler" ABNA-ya istinadən xəbər verir.

Ayətullah Məkarim Şirazi buyurmuşdur: “Günün mühüm məsələlərindən biri humanitar elmlərdə baş verən dəyişiklikdir. Çünki hal-hazırkı humanitar elm Qərbdən götürülmüşdür. Baxmayaraq ki, humanitar elmlərdə bəzi dəyişikliklər edilmişdir, ancaq Qərbdən götürülmüş bu elm heç də dəyişdirilməmişdir. Humanitar elmlərin cəmiyyətə təsiri əvəzsizdir. Çünki o şey ki, bir cəmiyyətin mədəniyyətini dəyişdirir, həmin humanitar elmlərdir. İslamın ilk növbədə mədəniyyət ilə işi vardır. Əziz Peyğəmbər (s) də bu əsasa görə məbus olmuşdur. O, mədəniyyət məsələlərində mühüm dəyişikliklər etmişdi”.

O, buyurmuşdur: “O zaman ki, bir cəmiyyətin mədəniyyəti dəyişər, şübhəsiz ki, bu cəmiyyətin iqtisadiyyatı, siyasəti və ictimai məsələləri də bu dəyişikliklərə uyğun dəyişər. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Baxmayaraq ki, vasvasılıq yaxşı iş deyildir, ancaq bəzən bəzi məsələr üçün, məsələn humanitar elm üçün bəyənilmiş bir iş sayılır. Çünki bu gün humanitar elmlər həssaslıqla tədqiq edilməli və araşdırılmalıdır. Biz dünyanın harasından olursa-olsun, elmi qəbul edirik. Ancaq bu gün humanitar elmlər maddi və qeyri-İslami məsələlərə qarışmışdır. Ona görə də diqqətlə tədqiq edilməlidir. Biz gərək Quran mənbələrinə əsasən humanitar elmləri tərtib edib, cəmiyyətə təqdim edək”.

В этом разделе