Həsən Firuzabadi: “Şimon Peresin Bakıya dəvət edilməsi müsəlmanlara qarşı xeyirxahlıq deyil”

İran ordusunun baş qərargah rəisi general Həsən Firuzabadi: “Şimon Peresin Bakıya dəvət edilməsi müsəlmanlara qarşı xeyirxahlıq deyil”

İran ordusunun Baş Qərargah rəisi general Həsən Firuzabadi bu dəvətə görə rəsmi Bakını sərt tənqid edib. “Azərbaycan Respublikasının sionist rejimin prezidentini Bakıya dəvət etməsi müsəlmanlara qarşı xeyirxah addım deyil” - deyə, general bildirib.
Firuzabadi İran tələbələri qarşısında çıxışı zamanı deyib ki, Qüdsün işğalı, Fələstin xalqına qarşı edilən zülm və İslama qarşı münasibəti üzündən sionist rejimin hər hansı islam ölkəsi ilə münasibəti xoşagəlməz faktdır” General onu da bildirib ki, İsrail prezidentinin Bakıya səfəri Azərbaycanın İranla dostluq münasibətləri ilə ziddiyyət təşkil edir. Yeni Musavatdan.

В этом разделе