Hərbçilərin kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanılıb

Mayın 26-da Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının kütləvi qida zəhərlənmələri faktı ilə əlaqədar araşdırmalar davam edir.

Lent.az-ın məlumatına görə, bu barədə hərbi prokuror Xanlar Vəliyev bildirib. X.Vəliyev faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ) maddəsi ilə cinayət işi başlanıb.

Hərbi prokuror hələlik ekspertiza rəyinin prokurorluğa daxil olmadığını söyləyib.

Qeyd edək ki, mayın 26-da axşam saatlarında Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzindən Hərbi Klinik Hospitala 164 əsgər müayinə üçün gətirilib. Hərtərəfli müayinədən sonra 158 əsgər xidmət yerinə qaytarılıb. 6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan onlar əlavə müayinə və müalicəyə cəlb edilib. Vəziyyətləri yaxşılaşdığından həmin əsgərlər də mayın 29-da xidmət yerinə göndəriliblər.

LENT.AZ

В этом разделе