Hacı İlqar GMİ-nin yaradılması məsələsinə toxunub

İçərişəhər "Cümə" məscidinin imam-camaatı cümə xütbəsində bu haqda danışıb

20 may 2011-ci il tarixində İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qıldılar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinlədilər.

Cümə xətibi daha sonra Gürcüstanda yaranan müsəlmanlar idarəsindən - GMİ-dən danışdı. “Biz vaxtilə demişdik ki, Azərbaycanda İslamla bağlı baş verən təzyiqlər və bu məsələlərdə QMİ-nin susması heç də yaxşı nəticələr verməyəcək. Bu, bizim dövlətçiliyimizə, xalqımıza, insanlarımıza, millətimizə təhlükədir. Budur, Gürcustanda artıq GMİ yaranıb. Onun yaxşı-pisi ilə işimız yox, məsələ burasındadır ki, belə bir idarənin yaranması və Gürcüstanda yaşayan müsəlmanların QMİ-dən ayrılması səbəbsiz deyil. Bu, azan qadağasının, məscid sökülməsinin, hicab qadağasının bir nəticəsidir. Bu, hələ başlanğıcdır. Bunun sonrası İKT-də gələ bilər. Təhlükənin müddəti uzandıqca, miqyası da böyüyəcək. Hicab problemi tez bir zamanda həll olunmalıdır. Bu tədris ili keçdi və sentyabra qədər vaxt var. Bu problem qaldıqca dövlətçilik, milli maraqlarımız təhlükədə qalacaq. Bu ideyanı verənlər - Azərbaycanın gələcəyini, xoşbəxtliyini düşünməyənlərdir”. /deyerler/

В этом разделе