İngilis qəzeti "Wikileaks"in açıqlamalarına yer verib
Dünyanın gündəmini ələ alan Wikileaks saytının açıqlamalarına yer verən KİV-lər arasında İngiltərənin "Guardian" qəzetidir. Qəzet ABŞ-la ərəb liderləri arasındakı yazışmaları da ictimaiyyətə açıqlayıb.
Sənədlərdə göstərilir ki, Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz 2009-cu ildə ABŞ prezidenti Barak Obamanın terrorla mübarizə üzrə müşaviri Con Brennanla danışıqlarında "İranlılara inanmaq olmaz. İran məcaraçı ölkədir və məqsədi problem yaratmaqdı. Allah bizi İranın günahlarından qorusun" ifadələrini işlədib.
Həmçinin Səud kralının Amerikalı general 11 fevral 2010 tarixində C. Consla keçirdiyi görüşdə "Əgər İran nüvə silahına sahib olsa bölgə xalqları da nüvəyə sahib olacaq" dediyi göstərilib. Kral İranı ilana bənzədərək başının ilan başı kimi kəsilməli olduğunu bildirib.
Bəhreyn kralı Həməd əl-Xəlifənin də 1 fevral 2009-cu il tarixində ABŞ generalı D. Petrausa "İranın nüvə proqramı dayandırılmalıdır. Ərəb dünyası İranın bu planlarından narahatdır" deməsi də göstərilir.