Mütəxəssislər yuxusuzluğun fəsadları ilə bağlı yeni araşdırma aparıb.
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yaşı 17-24 arasında olan 20 min nəfər arasında aparılan araşdırma sutkada 6 saatdan az yatan insanlarda psixi pozuntuların ciddiliyini üzə çıxarıb. Araşdırma göstərib ki, belə şəxslər sutkada 8-9 saat yatanlarla müqayisədə daha tez-tez psixi sarsıntı keçirir.
Tədqiqat qrupunun rəhbəri professor Nik Qlozyer bildirir ki, son zamanlar xüsusilə gənclər arasında az yatmaq problemi getdikcə artır. Bu, əsasən onların gecə kompüter qarşısında oturmaları ilə əlaqədardır. Bu isə insanda psixi pozğunluq, depressiya, həyəcan, müxtəlif emosional pozğunluqlar yaradır.