Gələn xəbərlərə görə, hərbi xidmətdə olan inanclı əsgərlərə bunun üçün ya şərait yaradılmır, ya da onlara elə bir zamanda buna icazə verilir ki, namazları qəzaya getmiş olur. Deyilənlərin həqiqətə uyğun-olub olmadığını araşdırmaq qərarına gəldik. Respondentlərimizdən biri - oğlu Lənkərandakı hərbi hissələrdən birində xidmət edən Oğuz D. oğlunun xidmət etdiyi hissədə onun namaz qılmasına şərait yaradılmadığını, hətta ona hərbi hissədə namaz qılmağa icazə verilmədiyini bildirdi. Belə şeylər haqqında orada sual verə bilmədiklərini deyən əsgər atası ilə söhbətimizdə o, daha sonra bildirdi: “Hərbi hissədir də, bunlara biz deyə bilmərik ki, belədir, ya elədir. O hərbi hissədə heç kimə bu barədə şərait yaradılmır. Ümumiyyətlə, həmin hərbi hissənin aid olduğu daxili qoşunlarda yoxdur belə bir şey”.
Azərbaycanın yenicə müstəqilliyini əldə etdiyi dövrlərdə isə buna şərait yaradıldığını deyən müsahibimiz buna sonradan imkan verilmədiyini qeyd etdi.
Digər respondetimiz - Səadət X. oğlu isə Milli Ordunun Naftalandakı hərbi hissələrindən birində qulluq edir. Bizimlə söhbətində əsgər anası oğlunun qulluq etdiyi hərbi hissədə buna qətiyyən imkan verilmədiyini bildirdi: “Srağagün onun yanına getmişdik. Bizdən ona səccadə (canamaz) gətirməyimizi istədi. Soruşdum: Ay bala, namazlarını qıla bilirsənmi? Dedi ki, ay ana, birtəhər qılıram. Çox vaxt zöhr və əsr namazlarımı məcbur olub qəzaya verməli oluram, axşamlar qəzasını qılıram”.
Aparılan sorğulardan aydın olan mənzərə bu idi ki, hal-hazırda doğrudan da bir sıra hərbi hissələrdə inanclı gənclərə hərbi xidmət zamanı namazlarının nəinki vaxtında qılınmasına, hətta ümumiyyətlə qılınmasına imkanlar yaradılmır. Araşdırmamız zamanı belə anlaşılır ki, əksər əsgər valideynləri əslində əsgərin də bu ölkənin vətəndaşı olduğundan, onun da ölkənin baş qanunu ilə qorunan dini etiqad və vicdan azadlıqlarından irəli gələn hüquqlarından tamamilə məlumatsızdırlar. Konstitusiyamızın vətəndaşlarımıza verdiyi hüquqlar isə istənilən yerdə qüvvədə və keçərlidir: istər azadlıqda, istər həbsxanada, istər hərbi xidmətdə və s.
Araşdırma zamanı ortaya çıxan maraqlı məqamlardan biri isə budur ki, bu maneələr son illərdə meydana gəlmişdir. “İslam mədəniyyətinin paytaxtı-2009” adına layiq görülmüş Azərbaycan üçün bu çox qəribə səslənsə də, fakt faktlığında qalır. 2000-2002-ci illərdə hərbi xidmətdə olmuş Elxan Məmmədov bizimlə söhbətində xidmətinin ilk 6 ayı olduğu Sərhəd Qoşunlarına aid Neftçaladakı hərbi hissəsədə namaz qılmağa icazə verildiyini, vaxtlı-vaxtında ibadətlərini həyata keçirə bildiklərini dedi. Xidmətinin sonrakı 1 ilində Xudat sərhəd zastavasında da namaz qıldıqlarını, oruc tutduqlarını, buna zabitlərin də müsbət yanaşdıqlarını bildirdi: “Tək bizim deyil, digər zastavalarda da əsgərlərin ibadətlərinə şəraitlər yaradılmışdı. Döyüş növbəsində olanda da namazlarımızı xidməti başa vurub əsgər yataqxanasına qayıdan kimi qılırdıq ki, qəzaya verməyək”.
“Mən xidmətdə olanda bununla bağlı heç bir qadağalarla üzləşməmişəm” - deyə 2004-2005-ci illərdə Hərbi Hava Müdafiə Qoşunlarına aid olan cənub bölgəsindəki hissələrdən birində qulluq etmiş İsmayıl Ağayev bildirdi: “Hətta bizimlə qonşuluqda olan hissədə namaz otağı da ayrılmışdı. Mən olduğum müddətdə zabitlər var idi ki, onlar da namaz qılırdılar. Başqa bir qonşu hissə var idi ki, komandiri, komandir müavini də namaz qılırdı. Yəni o vaxt belə bir çətinlik yox idi”.
Mənəvi hisslərin əsgərin ruhi-mənəvi hazırlığında, döyüş ruhiyyəsində əvəzsiz müsbət rolu hamıya bəllidir. Döyüşdə qələbənin zəruri şərtlərindən olan döyüş ruhunun yüksəkliyində hər bir əsgər və zabitin daxili psixoloji hissləri müstəsna rola malikdir. Bu mövzunun mürəkkəbliyinə toxunan hərbi psixoloq Azad İsazadənin fikrincə isə demokratik cəmiyyət qururuqsa, hər kəsə dinindən asılı olmayaraq öz dini ayinlərini həyata keçirməyə icazə verilməlidir: “Əgər buna qadağa və ya icazə də varsa - bu rəsmi sənədlərlə təsdiqlənməlidir. Əgər hərbidə ibadəti qadağan edirlərsə, bu qanunilik baxımından əsaslandırıb nizamnamədə də göstərilməlidir”. Belə mənfi halların döyüş ruhuna təsir edə biləcək psixoloji amillərə gəldikdə isə psixoloq-ekspert bildirmişdir: “Hərbi qulluqçuya öz dini ayinlərinin həyata keçirilməsində maneələr sözsüz ki, buna çox mənfi təsir göstərir. Sözsüz ki, belə halı müsbət qiymətləndirmək olmaz”.
Mövzuya münasibətini açıqlayan hərbçi-ekspert Üzeyir Cəfərli belə qadağalarla nəyəsə nail olmağın mümkün olmayacağını deyərək əvvəllər Silahlı Qüvvələrdə belə halların olmadığını vurğuladı: “SQ-in yarandığı ilk illərdə bu işlər çox yüksək səviyyədə təmin olunmuşdu. Hətta Müdafiə Nazirliyində bu sahədə müvafiq mütəxəssis də var idi. Əslinə qalsa, heç kimə sirr deyil ki, Azərbaycan müsəlman ölkəsidir və elə əsgərlər var ki, onlar hərbi qulluğa qədər namaz qılmaq, oruc tutmaq kimi və digər dini ayinləri həyata keçirirlər. Lakin son vaxtlar guya biz inkişaf etmişik deyə, bu məsələlər unudulur. Hətta komandirlər bu məsələlərə bəzi hallarda qısqanclıqla yanaşırlar”.
Bunu düzgün hesab eləmədiyini deyən Ü.Cəfərli, buna qarşı ictimai qınağın vacibliyinə toxunaraq daha sonra bildirmişdir: “Buna cəmiyyətin təpkisi olmalıdır. QHT-lərin, ictimai təşkilatların, müsəlman icmalar bu məsələlərdə aktiv rolu olmalıdır. Hər bir insanın tutduğu yola, amallara hörmətlə yanaşılmalıdır. Ona görə də dinlə məşğul olan əsgərlərimizə, hətta zabitlərimiz var, onların istəklərinə hörmətlə yanaşmaq lazımdır”. Hər bir qadağanın insanda mənfi hisslər doğurduğu qənaətində olan ekspert qadağanın çıxış yolu olmadığını qənaətindədir. Üzeyir bəyin fikrincə, qadağalar əvəzinə bu vəziyyətdən çıxış yolu tapılmalıdır ki, əsgərlərimiz və zabitlərimiz hərbi hissələrdə öz arzu və istəklərini çox sərbəst şəkildə yerinə yetirə bilsinlər. “Niyə bu məsələlər xarici ölkələrdə asanlıqla yoluna qoyulur, ancaq Azərbaycana çatanda isə bizdə maneələr düşünürlər” - deyə Ü.Cəfərli bildirmişdir.
Göründüyü kimi, hərbi hissələrdə belə bir vəziyyətin meydana gəlməsində bir tərəfdən vətəndaşların öz konstitusion hüquqlarından xəbərsizliyi, digər tərəfdən isə belə əməllərin ictimai qınaq obyektinə çevrilməməsi olmuşdur. Fikrimizcə, bu kimi qadağaların hərbi hisslərdə meydana gəlməsi əsasən əsgər və zabitlərin, həmçinin onların valideynlərinin də bu istiqamətdə məlumatsızlığıdır. Bununla bağlı İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlunun münasibətini öyrəndik. Hacı İlqar mövzu ilə bağlı bunu bildirdi: “Ölkəmizin bu mövzularda rəhbər tutduğu vicdan azadlığının təmini prinsipi var. Və bu hər yerdə və hər şəraitdə təmin olunmalıdır. Fərdin ibadəti onun özəl vicdan azadlığına aid bir fundamental insan haqqıdır. Bəzən namazla bağlı problemlərin yaranması xəbərlərini eşidirik. Lakin hələ ki, heç kim bununla bağlı rəsmi bir şikayət təqdim etməyib. Təbii ki, bu kimi problemləri şayiələrlə deyil, konkret şikayətlərlə həll etmək mümkündür. İnsan haqları müdafiə işinin özəlliklərindən biri – konkret faktın və ya siqnalın fiksə edilməsidir. Amma problemin görünən tərəfi odur ki, insanlarımız öz hüquqlarını bilmir. Hüququnu bilsə, bu hüqüqun üzərində durar və problem bəlli olar. Görünür bu istiqamətdə bir geniş maarifçiliyə də ehtiyac var”.
Aparılan sorğulardan və verilən ekspert rəylərindən gəlinən ümumi qənaət belədir ki, bu problemlər son illərdə meydana çıxmış, xüsusən son ildə isə özünü daha qabarıq büruzə verməkdədir. Bunun səbəbləri kimi, “orduda radikallıq meylləri ilə mübarizə kampaniyası aparılır” kimi absurd sözlər də eşidilir. Hər bir halda, orduda dini etiqad azadlığının təmin edilməsi sahəsində müəyyən problemlərin mövcud olmasını demək olar və Azərbaycanın İslam mədəniyyətinin paytaxtı kimi ciddi addımlar atdığı bir məqamda belə anlaşılmazlıq kimə lazımdır – demək çətindir. Şübhəsiz odur ki, hər üç istiqamətdə - həm hərbi hissələrdə dini ayinlərin həyata keçirilməsi mövzusunda maksimum şəffaflığa nail olmaqda, həm maneə törədənlərin ictimai qınaq obyektinə çevrilməsində, həm də vətəndaşlarımızın maarifləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsinə ehtiyac vardır.
Xəbər xidməti
"Dəyərlər" AİN