Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yenidən yanğınlar törətməyə başlayıblar. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu gün səhər saatlarında ermənilər Ağdamın işğal altındakı Güllücə kəndi ərazisinə od vurublar. Yanğın nəticəsində meydana gələn qatı tüstünü hətta 15-20 km aralıda da müşahidə etmək mümkündür.
Qeyd edək ki, Güllücə kəndi Ağdamın ən böyük yaşayış sahələrindən biri olub. Qeyd edək ki, orada əvvəllər üzüm sahələri yerləşib. Tüstü həmin sahələrin yerləşdiyi ərazidə müşahidə edilir. Yanğın bu saatlara kimi davam edir.
Şahin Rzayev /ANS PRESS/