Ərdoğanın 1 çıxışı və buna qatılan 12 ölkə

30 yanvar "Davos qiyamı"ndan keçən 2 ildə 12 ölkə Fələstinin müstəqilliyini tanıyıb

30 yanvar 2009-cu il tarixi "Davos qiyamı" adı ilə məşhurdur. Davos zirvəsində Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan İsrail prezidenti Şimon Perez qarşısında sərt çıxış etmişdi. O, Perezi Fələstinə təcavüzdə günahlandırmışdı.

Bu tarixdən 2 ilə yaxın vaxt keçib. "Habertürk"ün məlumatına görə, bu dövr ərzində daha 12 ölkə Fələstinin müstəqilliyini tanıyıbki, bunlardan 1-i böyük yeddiliyə, 3-ü isə böyük iyirmiliyə daxildir:

Tacikistan, Venesuela, Dominikan Respublikası, Qırğızıstan, Lesoto, Braziliya, Argentina, Boliviya, Ekvador, Çili, Qayana, Rusiya.

Hazırda Fələstini müstəqil dövlət kimi 116 ölkə tanıyıb.

Fələstini tanımayan 40 ölkəni isə ABŞ, İsrail və bir çox Avropa ölkələri təşkil edir.

В этом разделе