«Əbu-Bəkr» işi üzrə ibtidai istintaq başa çatıb

Yaxın günlərdə iş üzrə materiallar məhkəməyə göndəriləcək

Ötən il avqustun 17-də Əbu-Bəkr məscidində baş vermiş partlayışla əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində aparılan istintaq işi başa çatıb. Bu günlərdə iş üzrə materiallar məhkəmə baxışına veriləcək. Bu barədə ANS PRES-ə təqsirləndirilən şəxslərdən biri Zabit Şıxbabayevin vəkili Elman Osmanov məlumat verib.

Vəkil bildirib ki, iş üzrə təqsirləndirilən şəxslərin sayı 26 nəfərdir. Onlar Cinayət Məcəlləsinin 214 (terrorçuluq,',0), 120 (qəsdən adamöldürmə,',0), 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma,',0), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar.
İttiham aktında dəstə başçısı kimi Elnur Bəşirovun adı keçib.

Məhkəmə baxışı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək. Prosesin qapalı keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Əbu-Bəkr məscidindəki partlayışda ittiham olunan "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev partlayışdan bir neçə gün sonra Dağıstanda yerli milisin muxtar respublikanın Məhərrəmkənd rayonunda keçirilən xüsusi əməliyyat zamanı qətlə yetirilib. İlqar Mollaçiyev əslən Zaqatala rayonundan olub, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edib.

Adı ittiham aktında "meşə qardaşı" kimi keçən 1971-ci il təvəllüdlü Araz Balabəyov və daha bir neçə nəfər isə Dağıstanın cənub regionunda keçirilən antiterror əməliyyatı zamanı öldürülüb. /ANS PRESS/


В этом разделе