Dövlət qulluğuna sənəd qəbulunun vaxtı uzadılıb

Test imtahanı aprelin 25-də keçiriləcək 6 mart 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 19 dövlət orqanında müsahibəyə təqdim edilmiş 250 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu 1 aprel 2009-cu il tarixdə saat 18:00-da başa çatır. 

Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq 29 dövlət orqanında müsabiqəyə təqdim edilmiş 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulunun müddəti 9 aprel 2009-cu il saat 18:00-dək uzadılıb. 

Müsabiqənin test imtahanı mərhələsi 2009-cu il 25 aprel tarixdə Bakı şəhərində keçiriləcək. /LENT.AZ


В этом разделе