İsveç Səud kralını mükafatlandırdı
İsveç hökuməti keçən il yayımladığı hesabatda Səudiyyə Ərəbistanını düynanın ən qatı avtoritar rejimlərindən biri kimi qeyd etmişdi. Hesabatda ölkədə insan haqlarının çox pis vəziyyətdə olduğu, söz azadlığının və hüquq sisteminin məhdudluğu tənqid olunurdu. Qanunlara əsasən bu cür idarə olunan ölkələrə İsveçin silah satması qadağandır.
Lakin 2 həftə əvvəl İsveç kralı Karl Qustavın rəhbərliyində nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib. Qustav Səud Kralı Abdullahı fəxri medalla təltifləndirib.
İsveç mətubatı isə hadisənin pərdəarxası məqamlarını işıqlandırıb. Məlum olub ki, iki ölkə arasında silah satışı sahəsində anlaşma əldə olunub. Bu isə öz növbəsində ölkədə etirazlara səbəb olub. Karl Qustav diktatorları himayə etməkdə ittiham olunub.