Budur ədalətsiz dünya ictimaiyyəti (Analiz)

İranda seçkilər zamanı baş verən hadisələrə qarşı sərt etiraz edən dünya ictimaiyyəti Çindəki soyqırıma səssiz qalır.


İranda seçkiləri Əhmədinejadın qazanmasına baxmayaraq İranda baş veren hadisələrin əvvəlindən CİA (Amerika Mərkəzi Kəşfiyyat İdarəsi) agenti tərəfindən öldürülən Nidaya qeder bütün arqumentləri İrana qarşı istifadə edən ABŞ ve BMT üzvü olan ölkələr, Çindəki soyqırıma qarşı səssiz qalıb.

İrana çox ağır sanksiyanlar tətbiq olunmasını istəyən ABŞ Xarici işlər Naziri Hillari Klinton, eyni gün ərzində Çindəki hadisələr üçün yalnız “Narahatıq” ifadəsini işlətməklə kifayətlənib.
Klinton, Çin Ordusunun soyqırım törətdiyini görməzdən gələrək tərəflərin öz aralarında razılığa gəlməsini istəyib.

Çinin rəsmi xəbər agentlikləri ilə “muzdlu” xüsusi agentliklər ve KİV-lərin hadisələri təhrif edərək yayır, Uyğur Türklərinin qiyamı kimi göstərməsi, “qarşıdurma” adı altında tərəflərin eyni gücə sahib olduğu kimi gösterir. 

Ölənlərin sayında artımın olmadan 156 olaraq göstərilməsi də diqqet çəkir. Şahidlər, soyqırımın başladığı ilk gün ərzində 700-dən çox Uyğur Türkünün öldürüldüyünü bildirsədə buna əhəmiyyət verən olmadı. Dünən isə idman salonunda 400 Uyğur Türkünün cəsədinin tapıldığı məlumatı heç bir informasiya mərkəzlərində yayımlanmadı. Soyqırım törədən Çin hökumeti, xarici metbuata qadağa qoyub, cib telefonu ve digər ünsiyyet vasitələrini dövriyyədən çıxarmaq üçün bölgeye çox sayda siqnal kəsici (jimmer) yerləşdirib.

Seçkilərdən sonra yaranan təxribatların qabağına keçmək üçün İran təhlükəsizlik hərbiçilərinin metbuata mane olmasını dünyaya böyük həriflərlə başlıq verən xarici mətbuat, Çinin mətbuata maneə törətmə yolunda gördüyü işleri azda olsa tənqid etmədi. CİA agenti tərəfindən öldürülən Nidanın ölümünə aid olan videonu həftələrlə ekranlarda yayımlayaraq İranı ittiham edən dünya mətbuatının, bütün əlaqə cihazlarına maneə olunmasına baxmayaraq çətin vəziyyətdə çəkilən görüntüləri yayımlamaqdan boyun qaçırır.

Nəzərinizə çatdıraq ki, bu analiz dünən (09.07.2009) İslam-Azeri.az saytına yayımlanmışdı. Lakin kimlərinsə xoşuna gəlmədiyindən xaker vasitəsi ilə saytdan silinmişdi. Yenidən bu analizi yayımlayırıq.


Analiz İslam-Azeri-yə məxsusdur.



В этом разделе