Bu gün Xanım Məsumənin (ə) mövlud günüdür

Məsumənin (ə) hərəmi

Bu gün Zil-qədə ayının 1-i Xanım Məsumənin (əleyhəsalam) mübarək təvəllüd günüdür

Xanım hicri-qəməri 173-cü ildə Mədinə şəhərində dünyaya göz açmışdır. O, Xorasandakı qardaşı İmam Rzanın (ə) görüşünə gələrkən Qumda xəstələnmiş və dünyasını dəyişmişdir. Məzarı müqəddəs Qum şəhərindədir. Hazırda hər il 14 milyon nəfər Qum şəhərinə onun ziyarətinə gəlir. Xanım Məsumənin (ə) misilsiz kəramətləri haqqında tarixi sənədlər kifayət qədərdir.

İmam Cəfər Sadiq (ə) buyurub: "Agah olun. Allahın bir hərəmi vardır və o Məkkədir. Peyğəmbərin bir hərəmi vardır və o Mədinədir. Əmir əl-mömininin bir hərəmi vardır və o Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun. Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır." Sonra İmam (ə) buyurdu:
تقبض فيها امرأة من ولدي و اسمها فاطمة بنت موسي تدخل بشفاعتها شيعتي الجنة باجمعهم

"Qumda mənim övladlarımdan Fatimə Musa (ə) qızı adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar."

Biz də sayt redaksiyası adından bütün Əhli-beyt (ə) dostlarını təbrik edir və bu dünyada Xanımın ziyarətini, axirətdə isə şəfaətini diləyirik!

В этом разделе