Şəban ayının 5-i növbəti mövlud bayramıdır
Bu gün müsəlmanların 4-cü imamı Həzrət Əli ibn Hüseynin (ə) mübarək mövlud günüdür. İmam (ə) hicri 38-ci ildə Mədinədə anadan olub. Atası Həzrət Seyidüş-şühədanın (ə) Kərbəlada qətlə yetirilməsindən sonra imamət vəzifəsini öz üzərinə götürən Həzrət Zeynulabidin, 35 il bu ilahi vəzifəni yerinə yetirib. İmam (ə) hicri 95-ci ildə Hişam ibn Əbdülməlikin əmri ilə zəhərlənərək şəhid olub. Həzrətin pak cənazəsi Mədinədə Bəqi qəbirstanlığında dəfn edilib.
Bu böyük bayram münasibətilə İmam Zaman (ə) başda olmaqla, bütün müsəlmanları təbrik edirik!