Bu gün İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

14 noyabr-7 zil-hiccə Əhli-beytin 5-ci imamı Məhəmməd ibn Əli əleyhissalamın şəhid edildiyi gündür

Beşinci imam həzrət Məhəmməd Baqir əleyhissalam 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəldi. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər.

Atası həzrət Səccad (ə,',0), anası isə imam Həsən əleyhissalamın qızlarından sayılan Fatimə idi. O həzrət (ə,',0), nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. Imam həzrət Məhəmməd Baqir əleyhissalamın həyatını iki hissəyə ayırmaq olar:

1. Imamətdən qabaqkı 35 illik həyatı. (Həmin dövrdə imam Mədinədə yaşayırdı).

2. Təxminən iyirmi il davam edən imamlıq dövrü. (Bu dövr islam elm və biliklərini təbliğ etdiyi zamandır).

Imam Məhəmməd Baqir əleyhisslam illərlə zəhmət və islam maarif və mədəniyyətinə xidmət etdikdən sonra  59 yaşında ikən, Hişamın əmri ilə zəhərlənib şəhid oldu. O həzrətin pak bədənini Bəqi qəbristanlığında, başqa imamların yanında torpağa tapşırdılar.

В этом разделе