Rəbbiul-əvvəl ayının 8-i İmam Həsən Əskərinin (ə) şəhadəti günüdür
Bu gün hicri-qəməri təqvimlə 260-cı ilin rəbbiul-əvvəl ayının 8-i Əhli-beytin 11-ci imamı İmam Həsən ibn Əli Əskərinin (ə) şəhadət günüdür. İmam Həsən Əskəri 28 il ömür sürüb, 7 il imamət edib. İmamın (ə) ömrü çox iztirablı və çətin olub. Zindanlara məhkum olunub. Abbasi xəlifəsi məlun Mötəmid tərəfindən şəhid edilib. Mübarək məzarı İraqın Samirra şəhərində yerləşir.
İmamın Həsən Əskərinin (ə) şəhadəti münasibətilə oğlu İmam Zaman (ə) başda olmaq bütün dünya müsəlmanlarına başsağlığı veririk. Allah bizləri dünyada İmamın (ə) ziyarətindən, axirətdə isə şəhadətindən binəsib etməsin!