Bu gün İmam Həsən Əskərinin (ə) mövlud günüdür

Bu gün Vəliyyi-əsrin atasının mübarək mövlududur

Hicrətin 232-ci ilində rəbius-sani ayının 8-də İmam Həsən Əsgəri (ə) anadan olmuşdur. Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (ə,',0), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur. Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.
İmam Əsgəri (ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əsgəri adlandırılmışdı. O Həzrətin (ə) digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət (ə,',0), 22 yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin 260-cı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur. İmam Həsən Əsgəri (ə) həm də Zəmanə Sahibi-İmam Mehdinin (ə.f) atasıdır.
Abbasilər hökumətinin yaratdığı o cür pis və məhdud şəraitdə öz geniş elmini çətinliklə də olsa, İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə istifadə edən İmam Həsən Əsgəri (ə) neçə-neçə şagirdlər yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir. Onların arasında Əhməd ibn İshaq Əşəri Qummi, Əbu Haşim Davud ibn Qasim Cəfəri, Abdullah ibn Cəfər Himyəri, Əbu Əmr Osman ibn Səid Əmri, Əli ibn Cəfər və Məhəmməd ibn Həsən Səffar kimi böyük şəxsiyyətlər də olmuşdur.
Bu cür şagirdlər yetişdirməkdən əlavə, bəzi vaxtlar müsəlmanlar üçün elə çətinliklər yaranır və müsəlmanlar elə çıxılmaz vəziyyətə düşürdülər ki, onu İmam Əskəridən (ə) başqa heç kəs həll edə bilmirdi. İmam (ə) bu cür hallarda öz İmamət elmi sayəsində fövqəladə bir tədbir töküb, müşkülü həll edir və müsəlmanları çıxılmaz vəziyyətdən qurtarırdı./deyerler/

В этом разделе