Bu gün İmam Cəfər Sadiqin (ə) şəhadət gündür

Əhli-beyt məktəbinin adını daşıdığı bu böyük şəxsiyyət bu gün-şəvval ayının 25-də zalımcasına şəhid edilib

İmam Cəfər Sadiq (ə) Hicrətin 80-ci ilində Mədinədə doğulub. Atası İmam Məhəmməd Baqir (ə,',0), anası isə Ümmi Fərhədir. Həzrət İslam ümmətinə 31 il imamət edib. O, minlərlə tələbə yetişdirib. İslam dünyasının adlı-sanlı alimləri bu Peyğəmbər (s) övladının elmindən bəhrələniblər.

Mənsur imamı özünə tərəf çəkməyə, ya təhdidlə onu sakit etməyə müvəffəq olmadığı üçün o həzrəti şəhid etmək qərarına gəldi. Nəhayət imam Cəfər Sadiq (ə) 148-ci hicri ilinin Şəvval ayının 25-də zəhrələnərək şəhid olundu və o həzrətin pak vücudu Mədinədə Bəqi qəbristanlığında dəfn edildi.

В этом разделе