Bu gün Həzrət Vəliyyi-əsrin (ə.f.) mövlud günüdür

Şəban ayının 15-ci günu "Nimeyi-şəban"dır

 

Bu gün müsəlmanların sonuncu və hazırkı imamı Həzrət Mehdi Sahibəz-zamanın (ə) mövlud günüdür. İmam Həsən Əskərinin (ə) oğlu hicri 255-ci ildə Samirada dünyaya gəlib. Abbasi xəlifələri və hökumət adamları imamların on iki olduğunu eləcə də onların sonuncusu olan imam Həsən Әskərinin oğlunun uzun qeybəti olacağını və dünya hökumətini quracağını eşitmişdilər.  Zəmanənin Fironu sayılan Abbasi xəlifəsi Mötəmid imamın evini nəzarət altında saxlayırdı və zəhərlənmiş xəstə imamı zindandan evinə göndərdikdə saray adamlarından beş nəfəri də ona qoşdu ki, imamın evində baş verən bütün hadisələri ona xəbər versinlər. Bundan əlavə bir neçə qadını da imamın evinə göndərdi ki, o həzrətin həyat yoldaşının yanında dursunlar.

İmam Zaman (ə) 5 yaşından qeybətə çəkilmiş və 2 qeybət dövrü mövcud olmuşdur. Hicri 329-cu ildən bu günə kimi böyük qeybət dövrü davam edir və müsəlmanlar öz imamlarının zühurunun intizarındadırlar.

Bu müqəddəs gün münasibətilə bütün müsəlmanları təbrik edir və vəliyyi-əsrin (ə) zühurunun tez olmasını diləyirik!

 

В этом разделе