Bu gün Ərbəin günüdür

25 yanvar-20 səfər İmam Hüseynin (ə) qırxı günüdür

Bu gün şəhidlər sərvəri, Əhli-beytin (ə) 3-cü imamı İmam Hüseyn ibni Əlinin (ə)  və Kərbəla şəhidlərinin şəhadətindən 40 gün keçir. İmamın (ə) 40-ı günü İslam təqvimində əlamətdar günlərdən biridir. Bu gün ilk dəfə olaraq Peyğəmbərin (s) böyük səhabəsi Cabir ibn Abdullah Ənsari (r) Kərbəla şəhidlərini ziyarət edib.

Məhərrəm-Səfər matəmində Aşura günündən sonra ən böyük izdihamla qeyd olunan gün məhz Ərbəin günüdür. Bu günlərdə Kərbəlaya milyonlarla müsəlman toplaşır.

В этом разделе