Vəhhabi rejimi 4 Əhli-beyt imamının qəbrini yerlə yeksan edib
Tarixin bu günündə (yəni 17 sentyabr 1883 miladi - 8 şəvval 1304 qəməri) baş verən hadisəyə dünyanın bir çox yerlərində olduğu kimi Amerika şiələri də Səudiyyə Ərəbistanının bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. Ahlibeyt.az-ın məlumatına görə Aksiyada əsas məqsəd, dağıdılmış müqəddəs hərəmlərin yenidən inşası, digər hədəfi isə, "Cənnətül-Bəqi" hərəminə gələn zəvvarların rahat şəkildə ziyarət edə bilməsi tələb olunacaq.
Xatırladaq ki, "Cənnətül-Bəqi" məzarlığında 4 məsum imamın -İmam Həsən (ə,',0), İmam Səccad (ə,',0), İmam Muhəmməd Baqir (ə,',0), İmam Cəfərus-Sadiq (ə)- mübarək qəbri şərifləri yerləşir. İmamların mübarək qəbrlərindən başqa, "Cənnətül-Bəqi" məzarlığında məhşur səhabələr və digər İslamın böyük şəxsiyyətlərinin qəbrləri də yerləşir.
Hal-hazırda isə vəhhabi rejimi tərəfindən bu mübarək qəbirlər haqsız bir şəkildə yerlə yeksan edilmiş bir vəziyyətdədir!