Bu gün Aşura günüdür

Bu gün İslam tarixinin ən acı günlərindən biridir

Hicri 61-ci ilin Məhərrəm ayının 10-u İslam peyğəmbəri Həzrət Məhəmmədin (sallallahu aleyhi və alihi və səlləm) nəvəsi, Əhli-beytin 3-cü imamı Hüseyn ibn Əlinin Kərbəla çölündə dəhşətli şəkildə qətlə yetirildiyi gündür. Həmin gün İmam Hüseynin 72 tərəfdarı qətlə yetirilib, ailəsi əsir götürülüb. İmam Hüseyn (ə) bu günə qədər İslamın azadlıq şüarıdır. Hər il ona matəm mərasimləri təşkil olunur,  göz yaşları axıdılır.

Bu gün dünyanın hər yerində, o cümlədən ölkəmizdə Aşura mərasimləri keçirələcək. Biz sayt redaksiyası adından Peyğəmbərin (s) canişini İmam Sahibəz-Zamana (ə.f.) baş sağlığı verir, ardıcıllarına o Həzrətə layiqli şiə olmağı diləyirik. Allah bizi dünyada İmam Hüseynin ziyarətindən, axirətdə şəfaətindən ayrı salmasın!

Bu günün əməlləri kitablarda qeyd olunub. Qısaca deyək ki, bu gün matəm saxlamaq, hər hansı şənlikdən uzaq olmaq məqsədəuyğundur. Həmçinin oruc tutmaq ən azı məkruhdur. Buna baxmayaraq əsr vaxtına qədər yemək-içməkdən çəkinmək (oruc niyyəti olmadan,',0), sonra isə az miqdarla kifayətlənmək daha yaxşıdır.

В этом разделе