Statistika Komitəsi: azərbaycanlıların ortalama yaş həddi 73,6-dır
Vaxtilə Azərbaycan uzunömürlülərinin sayına görə öyünürdü. Hətta söhbətlər gəzirdi ki, Şirəli Müslümov adında bir baba 160 ildən artıq ömür yaşayıbmış. BMT-nin 2007-ci hesabatında Azərbaycanda orta yaş həddi 70 götürülmüşdü. Həmin vaxt Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda kişilərin orta yaş həddi 69, qadınlarınkı isə 72 olub.
1989-cu ildə isə Azərbaycanda 2639 uzunömürlü qeydə alınıb. Onlar arasında qadınlar kişilərdən bir neçə dəfə artıq olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ölkədə əhalinin sayı (01. 07. 2011-ci il vəziyyətinə) 9169,4 nəfər göstərilir. Onlardan 4546,0 kişi, 4623,4-ü isə qadındır. Komitənin məlumatına görə, 2010-cu ildə Azərbaycanda gözlənilən ömür uzunluğu 73,6 olub. Bu, qadınlarda 76,3, kişilərdə 70,9 imiş.
10 il bundan qabaq - 2000-ci ildə isə gözlənilən ömür uzunluğu ümumilikdə 71,8 olub. Bu, qadınlarda 75,1, kişilərdə isə 68,6 yaş təşkil edib.
Komitə daha sonra qeyd edir ki, 2009-cu ilin əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, 100 və yuxarı yaşlı əhali daha çox Tovuz, Gədəbəy, Şəmkir, Bərdə və Tərtər rayonlarında qeydə alınıb. /ANS/
Azərbaycanlılar nə qədər yaşayır?
Azərbaycanda 2010-cu il illə müqayisədə, ortalama yaş həddində artım olub