Azərbaycan Dövlət Neft Akademiyası barədə son məlumatlar (YENİLƏNİB)

Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı

ADNA-da baş verən terror hadisəsi haqda son məlumatları sizə çatdırırıq.

Terrorçunun atası danışdı

19:50 30-04-2009

Əsəd Qədirov: “Azərbaycan hüquq-mühafizə orqanlarının nümayəndəsi ifadə almaq üçün Moskvada məni gözləyir”

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) binasına terror hücumu edən Fərda Qədirovun atası Əsəd Qədirov APA-ya danışıb. Əsəd Qədirov APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında bildirib ki, baş vermiş hadisə barədə eşidəndə sarsıntı keçirib.

Ə. Qəribov hazırda istintaqa ifadə verməsi üçün Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsinin onu gözlədiyini deyib.

Ata bildirib ki, 1980-ci il təvəllüdlü Fərda Bakıda heç bir işlə məşğul olmayıb. Fərda Rusiyada olub və üç ay əvvəl geri dönmək barədə kəskin qərarını atasına bildirib: “ Mən Bakıda baş verən faciə barədə bir neçə saat əvvəl öyrənmişəm. Amma o heç belə hadisə törədəcək insan deyildi. Sakit, təmkinli, siqaret çəkməyən, işçi qəbul etməyən biri idi. Onun bu addımı atmasına çox təəccüblənirəm. Buna inana bilmirəm. Məncə, hətta o heç tapançanı necə tutmaq lazım olduğunu belə bilmirdi”.

Qeyd edək ki, 60 yaşlı Ə. Qədirov artıq 15 ildir, Rusiyada yaşayır və Podolsk şəhərində (bu şəhər Moskva ətrafında yerləşir-red) bazarda satıcı işləyir. Fərdadan başqa onun iki oğlu və bir qızı var.

Ə. Qədirov bildirib k, Fərda Bakıya gəlməmişdən qabaq onunla Podovskidə yaşayıb: “Yeddi-səkkiz ay əvvəl artıq Rusiyada yaşaya bilmədiyini deməyə başladı. Hətta Rusiyada yaşaması üçün sənədləri qaydasında deyildi. Gürcüstan vətəndaşı idi. O, mənə dedi ki, Gürcüstandakı evimizə qayıtmaq istəyir, orda iş axtaracağını söylədi. Mən də onu göndərdim”.

Atası bildirib ki, Fərda yaxın qohumları ilə əlaqə saxlayaraq, iş axtarmaq məqsədi ilə Bakıya gəlib: “Ata kimi mən onun özünə iş axtarıb pul qazanmaq istəməsinə çox sevindim. Amma belə oldu...”

LENT.AZ

Neft Akademiyasındakı terror hadisəsinin bəzi təfərrüatları

18:48 30-04-2009

Azərbaycan Dövlət Neft Akademiyasının II korpusunda terrorçunun həlak olan şəxsləri necə qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.

Yasamal rayon Məhkəmə-Tibb Ekspertizasının həkimi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində terrorçu ilə birgə 13 nəfər həlak olub. Həlak olanlardan 10-u Səhiyyə Nazirliyinin Yasamal rayon Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə gətirilib. Meyitlərin hamısının şəxsiyyətinin müəyyən edilərək ailələrinə təhvil verildiyini vurğulayan N. Məmmədov həlak olan digər 3 nəfərin meyitinin isə Nəsimi rayon Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə aparıldığını söyləyib.

O, qətlə yetirilənlərdən 9-un tələbə, 3-ün isə ADNA-da çalışan şəxs olduğunu bildirib. Həlak olanlardan birinin döş qəfəsindən aldığı güllə yarasından, birinin isə güllədən xilas olmaq üçün özünü binanın pəncərəsindən ataraq öldüyünü vurğulayan tibbi ekspert terrorçunun digər şəxsləri başından atəş açmaqla qətlə yetirdiyini qeyd edib. Sonda isə polis tərəfindən tutulacağından ehtiyat edən terrorçu əlindəki silahla başına atəş açaraq özünü öldürüb.

Qeyd edək ki, bu gün saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən “Qaz-neft-mədən” və “Neft mexanikası” fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə,',0), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə,',0), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə,',0), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir.

Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır.

LENT.AZ

Rusiya prezidenti Azərbaycan prezidentinə başsağlığı verib

18:45 30-04-2009

Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan prezidenti İlham Əliyevə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Lent.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin rəsmi saytında bildirilir.

Teleqramda bildirilir: “Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciədən dərin təəssüf hissi keçirirəm. Dəhşətli cinayətin qurbanlarının böyük həyat planları olan tələbələr, gənclər olması bizim ümumi kədərimizi daha da dərinləşdirir. Xahiş edirəm, ölənlərin qohumlarına və yaxınlarına mənim dərin hüznlə başsağlığımı, yaralananların isə tezliklə sağalması arzularımı çatdırasınız”.

LENT.AZ

Səhiyyə Nazirliyi terror zamanı ölənlərin yekun siyahısını açıqlayıb

18:29 30-04-2009


Azərbaycan Dövlət Neft Akademiyasında terror hücumu nəticəsində ölən şəxslərin tam siyahısı müəyyənləşib.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevin APA-ya verdiyi məlumata görə, hadisə zamanı ölən şəxslər aşağıdakılardır:

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cahangir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
13. Terrorçu – Qədirov Fərda Əsəd oğlu, 1980-ci il təvəllüdlü (Gürcüstan vətəndaşı).

S. Əliyev APA-ya deyib ki, hadisə nəticəsində dünyasının dəyişən 12 nəfər Səhiyyə Nazirliyinin hesabına müsəlman adət-ənənələri ilə yuyulub, kəfənlənib və maşınlarla ünvanlarına çatdırılıb. Yaralanan 10 şəxs isə hazırda stasionar müalicə alır. Onlardan bir neçəsinin vəziyyəti çox ağırdır.

S. Əliyevin sözlərinə görə, Azərbaycan Neft Akademiyası və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində dünyasının dəyişənlərin valideynlərinə, yaxınlarına təskinlik vermək məqsədilə hazırda nazirliyinin psixoloq briqadası fəaliyyət göstərir. Briqada sabah da fəaliyyət göstərəcək. Həmin briqada əhalini bu hadisə nəticəsində yaranmış təşvişdən xilas etməyə yardım edir. S. Əliyev nazirliyin yaralılar üçün qanvermə aksiyasının keçirilməsinə ehtiyacın olması barədə məlumatları da təkzib edib.

LENT.AZ

Siyasi partiyalar matəm elan olunmasını təklif edirlər

18:06 30-04-2009

Azərbaycanın siyasi partiyaları Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən hadisə ilə bağlı bəyanatlar veriblər.

Ümid Partiyasının mətbuat xidmətindən Lent.az-a daxil olan bəyanatda partiya baş verən bu qanlı olayı dinc insanlara qarşı həyata keçirilən terror hadisəsi hesab edir, bununla bağlı narahatlığını və təəssüfləndiyini bildirir: “Güman edirik ki ölkəmizin hüquq mühafizə orqanları hadisənin səbəblərini ətraflı araşdırıb, ictimaiyyətə obyektiv məlumat verəcəklər. Ümid Partiyası bu hadisə nəticəsində dünyasını dəyişənlərin doğmalarına və yaxınlarına dərin hüzünlə başsağlığı verir, onlara Allahdan səbr, yaralanlara isə şəfa diləyir”.

Dəhşətli faciə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) narahatlığına və hiddətinə səbəb olub. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat və informasiya xidmətinə verdiyi açıqlamasında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib. BAXCP sədri baş verən hadisədən ciddi nəticə çıxarılmasının vacibliyini vurğulayıb və bu tipli hadisələrin təkrarlanmaması üçün Azərbaycan hökumətini qəti və təxirəsalınmaz addımlar atmağa çağırıb: "Azərbaycan hökuməti orta və ali təhsil müəssisələrində təhlükəsizliyin təmin edilməsi üçün ciddi tədbirlər həyata keçirməli, təhsil ocaqlarının girişlərində təhlükəsizlik kameraları və xüsusi detektorlar quraşdırılmalıdır".

Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəti (İH) bu gün Bakıda Neft Akademiyasında baş verən qanlı terror hadisəsi ilə əlaqədar partiyanın ilkin mövqeyini açıqlayıb və həlak olanların yaxınlarına başsağlığı verib. ADP İH üzvləri ağır nəticələr vermiş qanlı olayla əlaqədar sarsıldıqlarını bildirib. İH üzvləri həmçinin hadisənin obyektiv olaraq araşdırılacağına və günahkarların tezliklə tapılaraq cəzalandırılacağına da ümid etdiklərini bildirib.

ADP İH üzvləri hadisə nəticəsində həlak olanların yaxınlarına və bütün xalqımıza dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyir.

ADP İH müvafiq hakimiyyət qurumlarına müraciət edərək hadisə ilə əlaqədar həlak olanların xatirəsinin əziz tutulması üçün respublikada bir günlük matəm elan etməyə, ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə, habelə xalqa televiziya vasitəsi ilə mütəmadi və dəqiq məlumat verilməsini təmin etməyə çağırıb.

Pərvin ABBASOV

LENT.AZ

Terrorun şahidi: “O, tapançanı yerə qoyub, cibindən nə isə çıxardı...”

17:41 30-04-2009


Daha bir şahid Lent.az-a danışdı

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktını yaxından görən daha bir şahid Lent.az-a açıqlama verib. ADNA-nın birinci kurs tələbəsi Nazim Nəcəfov hadisəni belə nəql edib: “Dərslər saat 08.30-da başlayır. Birinci dərsin sonuna yaxın atəş səsləri eşitdik. Müəllim bu səsi eşidib, dəhlizə çıxdı. Biz tələbələr də çıxmaq istəyəndə müəllim icazə vermədi. Sonra müəllim otağa qayıtdı. Təxminən 15-20 dəqiqə sonra müəllim yenidən dəhlizə çıxarkən mən də onun arxasınca çıxdım. Dəhlizə çıxanda gördüm ki, orada əlində silah tutmuş bir nəfər var. O, silahı yerə qoyaraq, cibindən nə isə çıxarırdı. Bu an mən tez otağa qayıtdım. Uşaqlarla qapını arxadan bağladıq. Bundan sonra pəncərədən aşağı baxmağa başladıq. Əraziyə polis əməkdaşları gəldi. Mülki geyimli bir polis işçisi gəlib bizə dedi ki, artıq heç nə yoxdur, təhlükə sovuşub. Ancaq bundan sonra da atəş səsləri gəlirdi”.

Pərvin ABBASOV

LENT.AZ

Basqınçı Akademiyanın dosentini ağzından atıb

17:17 30-04-2009


Güllə yarası almış müəllimin oğlu Lent.az-a danışdı

Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) silahlı basqın zamanı yaralananlardan biri, dosent Faiq Rüstəmbəyovu basqınçılar ağzından güllələyib. Hazırda 70 yaşlı Faiq Rüstəmbəyov 1 saylı Təcili Tibbi Yardım Xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.

Dosentin oğlu Bəhram Rüstəmbəyov Lent.az-a açıqlamasında atasının ağzından vurulduğunu deyib. Onun sözlərinə görə, güllə Faiq Rüstəmbəyov üzündən keçərək ağzından çıxıb.

“Atam xəstəxanaya çatdırılarkən vəziyyəti ağır idi. Amma yarıhuşsuz olsa da, gözləri açıq idi. Onun ağzındakı güllə xəstəxanaya gətirilərkən öz-özünə düşdü. Bunu mən özüm də gördüm, kiçik güllə idi” - deyə, yaralanmış dosentin oğlu bildirib.

Bəhram Rüstəmbəyov hadisənin necə baş verdiyindən xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, ADNA-ya silahlı basqın barədə xəbəri eşidən kimi dərhal atasına zəng edib. Ancaq əvvəlcə telefona cavab verən olmayıb, bir qədər sonra isə rabitə əlaqəsi ümumiyyətlə baş tutmayıb: “Telefona zəng çatmadığını görəndə bildim ki, nəsə var. Təcili atamın iş yerinə getdim. Yolda müəllim yoldaşlarından biri zəng edib dedi ki, Faiq müəllim yaralanıb, gətirirlər Təcili Tibbi Yardım Xəstəxanasına. Bura çatandan az sonra atamı gətirdilər. İndi reanimasiyadadır, həkimlərin dediyinə görə, vəziyyəti sabitdir”.

Elxan SALAHOV

LENT.AZ

RESPUBLİKA BAŞ PROKURORLUĞU və DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏN
2009-04-30 - 15:29:00


2009-cu il aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən «Qaz Neft Mədən» və «Neft Mexanikası» fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə «Makarov» tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölmüş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxmışlar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürmüşdür.

Cinayətin törədildiyi yer və meyitlər müayinə olunmuş, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilmişdir.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, «Makarov» tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülmüşdür.

İlkin məlumatlara görə cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev və Ruslan Babaşov həlak olmuş, Mustafa Muxammed (Sudan vətəndaşı,',0), Seyid Əhməd Amuri (Sudan vətəndaşı,',0), Daas Muaviyyə (Suriya vətəndaşı,',0), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanmışlar.

Həlak olan digər 1 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə,',0), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə,',0), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə,',0), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmış, intensiv tədbirlər həyata keçirilir.

Cinayət işinin istintaqı Azərbaycan Respublikası prezidentinin nəzarəti altındadır.

Hadisə ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Neft Akademiyasının ikinci korpusunda qərargah yaradılmışdır. Eyni zamanda, Daxili İşlər Nazirliyində və Baş Prokurluqda «Qaynar xətt» əlaqə mərkəzi fəaliyyət göstərir.

Əlaqə telefonlarını nəzərinizə çatdırırıq:

Qərargah - 498 73 34

«Qaynar xətt» - 498 20 25; 590 91 15; 590 96 15. 
Mediaforum

Terrorçunun bibisi və əmisi danışdı

15:36 30-04-2009


Azərbaycan Neft Akademiyasında terror hadisəsi tərədən Gürcüstan Respublikasının vətəndaşı Qədirov Fərda Əsəd oğlunu təxminən bir ay əvvəl dostu Bakıya çağırıb.

Bu barədə APA-nın Daştəpə kəndində olan Gürcüstan müxbirinə F. Qədirovun bibisi Rəna Qədirova bildirib. R. Qədirova deyib ki, qardaşı oğlu təxminən 1 ay bundan əvvəl kənddə olub. Onun sözlərinə görə, işsiz olan F. Qədirov işləmək üçün dostu tərəfindən Bakıya dəvət olunduğunu deyib. R. Qədirova onu da deyib ki, Fərda ilə atası arasında inciklik olub: “Atası onun Rusiyada yaşamasını istəsə də, Fərda kəndə qayıtmışdı”.

F. Qədirovun qonşuları Fərman Nəzərov və Elmira Qədirova isə onun kənddə olduğu müddətdə heç kimlə əlaqəsinin olmadığını, yaşadığı evdən kənara çıxmadığını açıqlayıblar.

F. Qədirovun hazırda Moskvada yaşayan əmisi Səməd Qədirov isə APA-ya açıqlamasında baş verənlərdən xəbərsiz olduğunu bildirib. S. Qədirov qardaşı oğlunun Gürcüstanda yaşadığını və onlarla küsülü olduğunu söyləyib: “Yazıq, fağır adamlardır. Mən isə Moskvada ticarətlə məşğulam. Onlarla çoxdandır küsülüyəm”.

Qeyd edək ki, F. Qədirov 1980-ci ildə Marneuli rayonunun Daştəpə kəndində anadan olub. Qədirovlar ailəsi hazırda Daştəpə kəndində yaşamır. Kəndin tabe olduğu Qullar kəndinin icra nümayəndəsi Vidadi Həsənov APA-nın əməkdaşına bildirib ki, onlar təxminən 10 il əvvəl kəndi tərk ediblər. F. Qədirovun ailəsi hazırda Rusiya Federasiyasında yaşayır.

F. Qədirovun sonuncu dəfə təxminən 1 ay əvvəl Daştəpə kəndindəki evlərinə getdiyi bildirilib. İcra nümayəndəsinin sözlərinə görə, F. Qədirov subaydır. O, F. Qədirovun indiyə kimi məhkumluğunun olmadığını da bildirib. İcra nümayəndəsinin sözlərinə görə, terrorçunun atası uzun müddət kənddə dil-ədəbiyyat müəllimi işləyib.

LENT.AZ

30.04.2009 14:54
Dövlət Neft Akademiyasında baş vermiş silahlı basqın nəticəsində ölənlərin və yaralıların adları məlumdur (SİYAHI) (YENİLƏNİB 2)
Yaralı Elvin Cəmiyev bir az əvvəl dünyasını dəyişib


Bu gün Dövlət Neft Akademiyasında baş vermiş silahlı basqın nəticəsində ölən əfərin adı açıqlanıb. ANSPRESS-in əldə etdiyi məlumata görə, hadisə nəticəsində 17 nəfər ölüb 7 nəfər yaralanıb.Ölənlərin arasında tələbələrlə yanaşı müəllimlər də var.
Bunlar aşağıdakılardır:
1. Taleh Məmmədov (21 yaş,',0),
2. Ayna Qurbanvoa (46 yaş)
3. Yusif Bəndəliyev ( 20 yaş)
4. Tamella Əzizova (58 yaş)
5. Ramiz Abdullayev (prorektor)
6. Ayaz Bağırov (21 yaş)
7. Şəfa Məmmədova (31 yaş)
8. Emin Abdullayev
9.n Savalan Cabbarov
10. Zemfira Hüseynova (laborant)
11. Ceyhun Aslanov
12. Mustafa Məhəmməd (Sudan)
13. Seyid Əhməd Amuri
14. Müaviyə adlı Suriya vətəndaşı (Sudan)
15. Elvin Cəmiyev

Ölənlərdən ikisinin adı məlum deyil. 

Yaralılar: İlkin Şirəliyev, Elşən Mustafayev, Mustafa Əhməd, Faiq Rüstəmbəyov, Kənan İsayev, Rəhman Axundov, Bəxtiyar Cəfərovdur.

Baş prokurorluğun mətbuat xidmətindən iə ANSPRESS-ə bildirilib ki, ümumilikdə 13 ölü, 13 yaralı var. Ölənlərdən 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır.
Öldürən şəxs Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qəribovdur. Faktla bağlı Baş prokurorluqda CM-nin 120.2.2 , 120.2.4 , 120.2.7 (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla iki və daha çox şəxsi öldürmə) 29, 120.2.7 (iki və daha çox şəxsi öldürməyə cəhd) və 228.1 (qanunsuz olaarqodlu silah saxlama) cinayət işi açılıb. Zəruri tədbirlər görülür.

Anar Məmmədov /ANSPRESS/

Neft Akademiyasının tələbələri etiraz aksiyası keçirəcəklər

15:34 30-04-2009


Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri bu gün təhsil ocağında baş verən terror hadisəsinə etiraz əlaməti olaraq, aksiya keçirmək istəyirlər.

Lent.az-ın məlumatına görə, 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının qarşısına toplaşan tələbələr mayın 1-də saat 12.00-da “Azadlıq” meydanında toplaşmaq qərarına gəliblər: “Biz təhlükəsizliyimizin təmin olunmasını istəyirik. Bu hadisə sabah da başqa universitetdə baş verə bilər. Təhsil ocaqlarının təhlükəsizlik sistemi gücləndirilməlidir. Biz aksiyada həlak olan tələbələri də yad edəcəyik”.

Elxan Salahov

LENT.AZ

PREZİDENT BAŞSAĞLIĞI VERDİ
2009-04-30 - 14:58:00


Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar başsağlığı verib. Başsağlığında deyilir:

“2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı hədsiz kədərləndiyimi bildirirəm. Həlak olanların ailələrinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək, Ulu Tanrıdan onlara rəhmət diləyirəm. Bu çətin günlərinizdə biz hamımız ağır dərdinizi bölüşərək, sizə səbir və təmkinlilik diləyirik. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bu hadisə ilə əlaqədar bütün lazımi tədbirləri həyata keçirəcəkdir. Allah rəhmət eləsin!“


«Media forum»

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi baş vermiş hadisə barədə rəsmi məlumat yayıb
Cinayəti törədən şəxsin üstündən “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilib

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, 2009-cu il aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

Cinayətin törədildiyi yer və meyitlər müayinə olunub, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilib. Cinayəti törədən şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. İlkin məlumatlara görə cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev və Ruslan Babaşov həlak olmuş, Mustafa Muxammed (Sudan vətəndaşı,',0), Seyid Əhməd Amuri (Sudan vətəndaşı,',0), Daas Muaviyyə (Suriya vətəndaşı,',0), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanıblar. Həlak olan digər 1 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə,',0), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə,',0), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə,',0), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmış, intensiv tədbirlər həyata keçirilir. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır. Hadisə ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Neft Akademiyasının ikinci korpusunda qərargah yaradılmışdır. Eyni zamanda, Daxili İşlər Nazirliyində və Baş Prokurluqda "Qaynar xətt" əlaqə mərkəzi fəaliyyət göstərir. /ANS PRESS/

Bakıda baş verən terror hadisəsi (30. 04. 2009)


Terrorçular neçə nəfər olub?

Neft Akademiyasında bugünki faciə zamanı həlak olanların sayı 13 nəfərə çatıb, bu barədə Turana Səhiyyə Nazirliyindən məlumatlı mənbə bildirib. Daha 10 nəfər yaralı halda xəstəxanadadır, onlar arasında ağır yaralılar da var və qurbanların sayı arta bilər, deyə mənbə bildirib.
Xatırladaq ki, bu, səhər saatlarında Akademiyaya daxil olaraq, qarşısına çıxan hər kəsi güllələyən gəncin qurbanlarıdır. Son məlumatlara görə, gənc cins şalvar, qara pencək və qara kepkada olub.

ŞAHİDLƏR ATƏŞ AÇANIN BİR NƏFƏR OLDUĞUNU DEYİR

Neft Akademiyasında atışmanı bir nəfər törədib, bu barədə Turana bugünki faciənin şahidləri bildiriblər. Qarderobçu qadının sözlərinə görə, o, bir nəfər gəncin səhər tezdən binaya girərək, dərhal atəş açdığını görüb. İlk olaraq o, ali məktəbin mühafizəçisini güllələyib, sonra qarşısına çıxan hamını güllələməyə başlayıb. Birinci mərtəbədə o, üç nəfəri güllələyib və yuxarı qalxıb.
Digər bir şahid - tələbə deyib ki, 4-cü mərtəbədə idi və dəhlizdə əlində tapança olan orta boylu gənc görüb. O, müəllimi və iki tələbəni güllələyib. Qorxmuş tələbələr auditoriyalarda gizləniblər və yalnız polis gəldikdən sonra gizləndikləri yerdən çıxıblar. Atəşi kimin və nəyə görə açdığı məlum deyil.
Terrorçunun mənşəyinə gəlincə, əvvəlcə terrorcu olduğu ehtimal olunan qaradərili xarici vətəndaş əslində terror qurbanı imiş.
Daha bir şahid əynində cins kostyum olan gəncin tapancadan qarşısına çıxan hər kəsə atəş açdığını bildirib. Atəş aça-aça o, 6-cı mərtəbəyə qədər qalxıb. Bu vaxt ərzində o, liftçi, bufetçi qadınları, kafedra müdiri Ramiz Abdullayevi, müəllimə Tamilla Qurbanovanı və daha bir neçə tələbəni qətlə yetirib.
Müəllimələrdən birinə o, “sağ qalmaq istəyirsənsə, otağa gir”, deyib. Bundan sonra binaya polis əməkdaşları daxil olublar və NA tələbələrini və işçilərini binadan çıxarmağa başlayıblar. Şahidlərin sözlərindən məlum olur ki, atəş açan azərbaycanlı olub./TURAN/


***


30 aprel 2009, 14:01
Bakı şəhər prokuroru: “13 ölü, 10 yaralı var”

Neft Akademiyasına silahlı terror basqını ilə bağlı xəbərlər gəlməkdə davam edir.

Bakı şəhər prokuroru Əziz Seyidov ölənlərin və yaralananların sayı barədə məlumat verib. O bildirib ki, ilkin rəsmi məlumata əsasən, 13 nəfər ölüb, 10 nəfər isə yaralanıb. LENT.AZ

***

Cərrah: “Ölən və yaralananların əksəriyyəti başından vurulub”

1 saylı Təcili tibbi yardım xəstəxanasına Neft Akademiyasından 6 ölü, 7 yaralı gətirilib.

Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə açıqlamasında xəstəxananın cərrahı Əziz Məmmədov məlumat verib.

O, bildirib ki, ölənlər və yaralananların böyük əksəriyyətinə güllə başından dəyib. Ölülərdən 2-si qadındır. Yaralıların isə 1-i Sudan vətəndaşı, 1-i Neft Akademiyasının professoru, 2-si isə qızdır. Hazırda meyitlər xəstəxananın morqunda ekspertizadan keçirilir.

Ə.Məmmədov ölən və yaralananların şəxsiyyətləri barədə ən yaxın müddətdə məlumatların veriləcəyini də vurğulayıb. LENT.AZ

***

Neft Akademiyasında ölənlərin sayı 22-yə çatıb

Terror zamanı yaralananların dəqiq sayı məlum deyil

Azərbaycan Neft Akademiyasında baş verən terror hadisəsi nəticəsində ölənlərin sayı 22-yə çatıb. APA-nın əməkdaşının məlumatına görə, hadisə nəticəsində yaralanan iki nəfər 4 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

4 saylı Şəhər Klinik Xəstəxanasına 3 yaralı da gətirilib. Onlardan ikisinin ərəb millətindən olan şəxslər olduğu bildirilib. Məlumata görə, digər yaralı isə Azərbaycan Dövlət Neft Akademiyasının laborantı Zemfira Hüseynovadır. Yaralılardan ikisinin xəstəxanada əməliyyat olunduğu, digərinin isə Neyrocərrahiyyə Xəstəxanasına göndərildiyi açıqlanıb. Respublika Klinik Xəstəxanasına isə 13 meyit aparılıb.

Azərbaycan Neft Akademiyasında baş verən terror hadisəsi nəticəsində yaralananların yerləşdirildiyi Klinik Tibbi Mərkəzə isə heç kim buraxılmır. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, xəstəxananın giriş-çıxışı tam nəzarətə götürülüb, jurnalistlər binaya buraxılmır, hətta valideynlər də çox çətinliklə içəri girə bilirlər.

Azərbaycan Tibb Universitetinin dosenti İbrahim Qafarlı jurnalistlərə açıqlamasında mərkəzdə 7 meyit olduğunu deyib. Onlardan 5-i tələbədir. Ölənlərdən birinin adı açıqlanıb. Bu Ceyhun Aslanovdur. Xəstəxanada olan 6 yaralının isə vəziyyətlərinin ağır olduğu bildirilib. Yaralıların hamısı başından güllələnib. Yaralılardan biri isə Orxan Sadıxovdur.

Hadisənin baş verdiyi Neft Akademiyasının II tələbəsi Rəşad Allahverdiyev jurnalistlərə bildirib ki, atışma birdən-birə baş verib: “İki nəfər binaya daxil olaraq qabağına keçəni güllələməyə başladı. Terrorçular qaradərili olmayıblar. İki müəllimimi gözümün qabağında vurdular. Hadisəyə müdaxilə edənləri güllələyirdilər. Pəncərədən çıxıb qaçdıq”.

Onu da əlavə edək ki, hadisəni törədən iki terrorçudan birinin Suriya vətəndaşı olduğu və artıq özünü güllələdiyi barədə məlumat var. LENT.AZ

***

Ölən və yaralılardan bəzilərinin adları məlum olub

Dövlət Neft Akademiyasında aparılan əməliyyat artıq başa çatıb. Hadisə yerində olan ANSPRESS-in müxbirinin verdiyi məlumata görə, xüsusi təyinatlı polis dəstələri artıq ərazidən uzaqlaşıb. İlkin məlumata görə, hadisəni törədən bir nəfər xarici vətəndaş özünü güllələyib. Ərazidə yanğınsönürən maşınlar qalıb. Respublika Klini Xəstəxanasından ANSPRESS-ə verilən məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub. 4 saylı Əfəndiyev adına Xəstəxanadan ANSPRESS-ə verilən məlumata görə, faktla bağlı xəstəxanaya 5 nəfər gətirilib. Onlardan 2-si ölüb. Hər iki şəxs Ayaz Bağırov və Savalan Cabbarov 4-cü kurs tələbələri olublar. 3 nəfər yaralı isə ağır vəziyyətdə reanimasiyadır. Digərləri Zemfira Hüseynli və Rəhman Axundovdur. Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə isə indiyə qədər 13 meyitin gətirildiyi bildirilir.

***

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının mərkəzi binasına silahlı basqın olub. İlkin məlumata görə, hadisə iki silahlı şəxs tərəfindən törədilib. Onlardan biri isə daha sonra özünü güllələyib. Silahlı şəxslərin birinci mərtəbədən yuxarı mərtəbələrə qədər atəş aça-aça qalxdıqları deyilir. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov isə hadisə yerində olan jurnalistlərə bildirib ki, artıq hadisəni törədən şəxs zərərsizləşdirilib. Həmin şəxsin kim olduğu isə açıqlanmayıb.Qeyd edək ki, hadisəni iki və yaxud üç şəxsin törətdiyi güman edilir.

***

Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov gəlib. Hazırda Neft Akademiyasının binasının ətrafında olan hər kəs ərazidən uzaqlaşdırılıb. /ANSPRESS/

***

Hadisə yerində olan “Media forum” əməkdaşının verdiyi məlumata görə, təcili yardım maşınları və xüsusi təyinatlı polis əməkdaşları ərazidən çıxarılıb. Artıq əməliyyat başa çatıb. Lakin kriminalistlər, polis əməkdaşları, prokurorluq orqanlarının işçiləri Neft Akademiyasındadırlar.

Şahidlərin verdiyi məlumata görə, güllələnənlərdən 4 nəfəri qız olub. Onları təcili yardım maşını ilə apararkən görüblər. «Media forum»

***

Şahid: “Terrorçu əvvəlcə bufetçini öldürüb”

Neft Akademiyasına silahlı basqın binanın 2-ci mərtəbəsindən başlayıb.

Hadisənin şahidi olan tələbə Lent.az-ın əməkdaşına bildirib ki, əlində tapança olan maskalı terrorçu 2-ci mərtəbədəki bufetə girib. Terrorçu bufetçini güllələyib öldürənsən sonra oradan çıxıb: “Sonra qarşısına çıxanı güllələməyə başladı”. LENT.AZ

***

R. Usubov hadisə yerinə gəldi

Daxili işlər naziri Ramil Usubov Azərbaycan Neft Akademiyasının binasına gəlib. Nazir xüsusi təyinatlıların tam mühasirəyə aldığı tədris korpusuna daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin bütün rəhbərliyi hadisə yerindədir. Jurnalistlərə insident barədə hər hansı məlumat verilmir.

Təsdiqlənməmiş xəbərlərə görə, akademiyada baş verən qanlı insidentdə bir neçə adam həlak olub. «Media forum»

***

"Üzü maskalı idi. Hər bir auditoriyanın qapısını açaraq içəri 4-5 güllə atdı"

“Media forum” saytının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polislər jurnalistləri və mülki əhalini Musiqi Akademiyasının yaxınlığına qədər uzaqlaşdırıblar. Təxminən saat 11-də polis əməkdaşları əməliyyatın başa çatdığını bildirsələr də, hadisə yerinə əlavə 25-30 nəfər xüsusi təyinatlı gətirilib.

Saytın əməkdaşı insident baş verən anda binanın 3-cü mərtəbəsində olan Neft Akademiyasının tələbəsi Ramiz Həmidovu danışdırıb. Şahidin sözlərinə görə, hadisə təxminən 9.30-da baş verib: “Bir nəfər ikinci mərtəbədə atəş açmağa başladı. Deyəsən, tapançadan. Sonra həmin adam üçüncü mərtəbəyə çıxdı. Üzü maskalı idi. Hər bir auditoriyanın qapısını açaraq içəri 4-5 güllə atdı. 4-cü və 5-ci mərtəbələrdən də atəş səsləri gəlməyə başladı”.

Şahid deyib ki, bunlar da tapança atəşinə oxşayırdı, çünki aram-aram atılırmış: “3-cü mərtəbədə üzü maskalı şəxsin əlindən qurtulmaq üçün hətta 3-4 nəfər oğlan özünü pəncərədən aşağı atdı”. Tələbələrin bəziləri isə auditoriyanın qapısını bağlamaqla canlarını qurtara bilib.

R.Həmidov dəhlizdə bir nəfər qaradərili şəxsin də meyitini görüb. Onun sözlərinə görə, polis hadisə yerinə insidentdən 20 dəqiqə sonra gəlib. «Media forum»

***

Təhsil Nazirliyi: "Bu bir cinayət işidir, təhsillə bağlı məsələ deyil"

“Bizim nazirliyin əməkdaşları da hadisə yerinə gediblər. Amma bu bir cinayət işidir, təhsillə bağlı məsələ deyil. Ona görə də polis əməliyyat aparır”. Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bu gün Neft Akademiyasında baş vermiş qanlı insidentlə əlaqədar “Media forum” saytına belə deyib.

O bildirib ki, insidentin detalları ilə bağlı Təhsil Nazirliyində heç bir məlumat yoxdur. "Media forum"

***

Şəhərdə təhlükəsizlik gücləndirilib

Bu arada hadisələrin yaxınlıqda baş verdiyindən ABŞ səfirliyində 3 qat təhlükəsizlik tədbirləri görüldüyü, hər kəsin əndişə içində olduğu xəbər verilir. Metro stansiyalarda təhlükəsizlik tədbirləri artırılıb. /Yeni Müsavat/

***

Terrorçuların neçə nəfər olduğu bilinmir

Daxili İşlər Nazirliyi Çevik Polis Alayının komandiri Səhlab Bağırovun APA-ya verdiyi məlumata görə, Azərbaycan Neft Akademiyasında silahlı qırğın törədən terrorçular artıq zərərsizləşdirilib. Hazırda binadan iki meyit çıxarılıb. Səhlab Bağırov terorçuların neçə nəfər olduğunu bildirməyib. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları isə binadan 8 meyitin çıxartdıqlarını bildiriblər. LENT.AZ

***

“Öldürülənlər arasında Neft Akademiyasının dekanı da var”

Binadakı girov tələbə Lent.az-a danışdı

Neft Akademiyasında hələlik vəziyyət tam nəzarətə götürülməyib.

Hazırda binada olan Akademiyanın III kurs tələbəsi Cəlal Qasımov Lent.az-ın əməkdaşına telefon vasitəsilə bildirib ki, terrorçu onun gözü önündə nigeriyalı tələbəni güllələyib. Tələbə aldığı xəsarətdən yerindəcə keçinib. Hazırda onların olduğu otaqda 10-15 nəfər var.

II kurs tələbəsi isə bildirib ki, vurulanlar arasında Akademiyanın dekanı da var.

Lent.az-ın əməkdaşı xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə jurnalistlər hadisə yerindən uzaqlaşdırılıb. Binaya snayperlər yerləşdirilib. LENT.AZ

***

Neft Akademiyasına basqın edən terrorçu güllələndi

Polis rəisinin dediyinə görə, hadisə zamanı 14 nəfərə güllə dəyib

Bakıda Neft Akademiyasında dəhşət saatları davam edir. Qeyd edək ki, bu gün səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. İlkin məlumata görə, xeyli sayda ölənlər və yaralananlar var.

Əməkdaşımız xəbər verir ki, hazırda hadisə yerinə daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov gəliblər.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəisi jurnalistlərlə söhbətində bildirib ki, hadisə zamanı ümumilikdə 14 nəfər güllə yarası alıb. Rəisin dediyinə görə, onlardan neçəsini öldüyü, neçəsinin yaralı olduğu bilinmir. Rəis bildirib ki, hadisəni törədən şəxsin güllələnməsi barədə məlumatlar var. Ancaq onun özünü vurduğu, yaxud polis tərəfindən güllələndiyi hələlik dəqiqləşməyib.

Lent.az-ın əməkdaşı xəbər verir ki, hadisə yerində 6 təcili tibbi yardım maşını, xeyli sayda hüquq-mühafizə orqanı əməkdaşı var. Polislər Akademiyanın müəllim və tələbələrin binadan çıxarırlar. Hücumçunun qeyri-azərbaycanlı olduğu bildirilir. LENT.AZ

***

8 nəfər ölüb, 13-ü yaralanıb

Bu dəqiqələrdə aldığımız məlumata görə, bu gün səhər saatlarında Bakının mərkəzində qanlı olay baş verib. Xəbərə görə, 4 nəfər naməlum silahlı şəxs Azərbaycan Dövlət Neft Akademiyasının binasına girərək tələbə və müəllimlərə atəş açmağa başlayıblar. Ümumilikdə 17 nəfərin güllələndiyi, onlardan 8-nin öldüyü, qalanlarınını ağır yaralandığı bildirilir.

APA-nın məlumatına görə, insident Bakı vaxtı ilə 09.30 radələrində xarici vətəndaşlarla azərbaycanlı tələbələr arasında baş verib. İlkin məlumata görə, qaradərili bir tələbə odlu silahdan atəş açaraq üç azərbaycanlı tələbəni qətlə yetirib. Cinayət törədən şəxsin hazırda otaqların birində bir neçə tələbəni girov götürdüyü də bildirilir. Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə isə, hadisə zamanı 3 nəfər yaralanıb, bir nəfər isə ölüb.

*** İnsident baş verən yerin yaxınlığına çoxlu sayda təcili tibbi yardım maşını gətirilib. Bakı şəhər təcili tibbi yardım stansiyasından APA-ya verilən məlumata görə, insident zamanı ən azı 15 nəfər yaralanıb. Hazırda terrorçunun binada çoxlu sayda tələbəni girov saxladığı bildirilir. Girovların azad olunması və terrorçunun zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirilir.

*** Hadisənin şahidlərinin verdikləri məlumata görə, Azərbaycan Neft Akademiyasında baş verən insidentdə bir neçə silahlı şəxs iştirak edib. Hadisə zamanı ölənlərin sayının çox olduğu bildirilir. Hazırda tələbələrin binadan çıxarılmasına çalışılır.

***Terror aktının rus milliyyətindən olan maskalı şəxslərin törətdiyi bildirilir. Hadisə zamanı ölən və yaralananların sayının artdığı qeyd olunur. İlkin məlumata görə, ölənlər arasında Azərbaycan Neft Akademiyasının fakültələrindən birinin dekanı da var.

*** Daxili İşlər Nazirliyi Çevik Polis Alayının komandiri Səhlab Bağırovun APA-ya verdiyi məlumata görə, Azərbaycan Neft Akademiyasında silahlı qırğın törədən terrorçular artıq zərərsizləşdirilib. Hazırda binadan iki meyit çıxarılıb. Səhlab Bağırov terorçuların neçə nəfər olduğunu bildirməyib. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları isə binadan 8 meyitin çıxartdıqlarını bildiriblər. /Musavat.com/

***

Dövlət Neft Akademiyasının binasına silahlı basqın olub, binadan yeddi meyit çıxarılıb

Hadisəni törədən şəxsin zərərsizləşdirilməsi üçün snayperlər gətirilib

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının mərkəzi binasına silahlı basqın olub. ANSPRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, atışma nəticəsində hələ ki, yeddi nəfər həlak olub, 14-15 nəfərin isə xəsarət aldığı məlumdur. İlkin məlumata görə, hadisə iki silahlı şəxs tərəfindən törədilib. Onlardan biri isə daha sonra özünü güllələyib. Silahlı şəxslərin birinci mərtəbədən yuxarı mərtəbələrə qədər atəş aça-aça qalxdıqları deyilir. Xəsarət alanların sayı arta bilər.

ANSPRESS-in müxbirinin verdiyi məlumata görə, hazırda hadisəni törədən şəxsin zərərsizləşdirilməsi üçün hadisə yerinə snayperlər gətirilib.

Daxili işlər nazirinin müavini Vilayət Eyvazov isə hadisə yerində olan jurnalistlərə bildirib ki, artıq hadisəni törədən şəxs zərərsizləşdirilib. Həmin şəxsin kim olduğu isə açıqlanmayıb.Qeyd edək ki, hadisəni iki və yaxud üç şəxsin törətdiyi güman edilir.

Bakı şəhər təxirə salınmaz və tibbi yardım stansiyasından ANSPRESS-ə verilən məlumata görə, hadisə ilə bağlı xəstəxayana 8-ə yaxın yaralı daxil olub. Amma xəstəxanaya yaralı şəxslərin gətirilməsi prosesi davam edir.

ANSPRESS-in əməkdaşının verdiyi məlumata görə, hazırda hadisə yerində polis və xüsusi təyinatlı dəstələr əməliyyat keçirirlər.

Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov gəlib. /ANSPRESS/

***

Neft Akademiyasına silahlı basqın, 6 ölü!

Bakıda dəhşətli cinayət hadisəsi baş verib

Bu gün səhər saatlarında Bakıda dəhşətli cinayət hadisəsi törədilib.

Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. İlkin məlumata görə, 6 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Əməkdaşımız xəbər verir ki, hazırda hadisə yerində 6 təcili tibbi yardım maşını, xeyli sayda hüquq-mühafizə orqanı əməkdaşı var. Polislər Akademiyanın müəllim və tələbələrin binadan çıxarırlar. Hücumçunun qeyri-azərbaycanlı olduğu bildirilir. Hazırda cinayətkarın zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

Binadan çıxarılan tələbələrdən biri Lent.az-ın əməkdaşına bildirib ki, güllələnənlər arasında müəllimlər də var.

Başqa bir məlumata görə isə silahlı basqınçı güllə ilə vurulub. Onun özünü güllələdiyi, yaxud polislər tərəfindən vurulduğu bəlli deyil. Bir daha qeyd edək ki, bu, tələbələrin verdiyi məlumatdır və rəsmi təsdiqi hələlik yoxdur. LENT.AZ

В этом разделе