Ayətullah Xameneyi Novruz bayramı haqqında

Ayətullah Seyid Əli Xameneyi

İran İslam Respublikasının ali dini liderinin Novruz haqqında sözləri

"Novruz bayramı zahirən dini yox, milli bir bayramdır. Onda dini yön və onunla bağlı dini məlumat müşahidə edilmir. Bəzi rəvayətlərdə adı çəkilsə də, həmin rəvayətlərin nə dərəcədə etibarlı olduğunu deyə bimərik. Amma insan həyatında bütün hadisələrin dini mahiyyəti mövcuddur. Bayramlar da bu qəbildəndir. Xoşbəxtlikdən xalqımız bu məsələyə diqqətlidir, dua oxuyur, zikr deyir, ziyarətə gedirlər. Hətta böyük ziyarətgahların olmadığı yerlərdə insanlar ilin təhvil olmasını imamzadələrdə keçirirlər. Məsələn, bayramda Şiraza gedənlər il təhvil olanda Şahçırağa toplanırlar. Bu ənənə çox yaxşıdır.
Novruz bayramı milli bayram olsa da, müqəddəs şəriət böyükləri tərəfindən qəbul edilib.
Təsadüfi deyil ki, dua kitablarında bu bayramla bağlı dua da var. İslam Novruz bayramına insani, islami, mənəvi mahiyyət verdi. Kimsə düşünməsin ki, Novrus İslam baxımından rədd edilir. İlahi, bu bayramı bizlər üçün mübarək et!".

İRNA-dan xülasə-Haqqyolu

В этом разделе