Nəcəfdə iki mərceyi-təqlidin görüşü olub
İraq səfərində olan təqlid mərcəəsi Ayətullah Nuri Həmədani dünən səfərinin 4-cü günündə Nəcəfi-əşrəfdə İslam dünyasının ən böyük mərceyi-təqlidlərindən olan Ayətullahul-uzma Seyid Əli Sistani ilə görüşmüşdür. 313-news.net-in "Fars" xəbər agentliyinə istinadlı məlumatına görə, görüşdə İslam dünyası ilə əlaqəli mühüm mövzularda fikir mübadiləsi aparılmışdır. Ayətullah Həmədani Ayətullah Sistanini təqdir etdiyini bildirmişdir: "Ayətullah Sistani, İslam camiəsinin varlığıyla fəxr etdiyi böyül alimlərdən biridir".
Ayətullah Sistani də öz növbəsində Ayətullah Həmədaninin Nəcəf ziyarətini mübarək bir hadisə kimi qiymətləndirmiş və dini hövzələr arasında əlaqələrin qorunmasının vacibliyini vurğulamışdır.