Ayətullah Safi Gülpayiqani Əhli-beyt (ə) ardıcılının şəxsiyyətinin Qədir Xum şəxsiyyəti olduğunu bildirdi və hamıdan istədi ki, bu böyük bayramı əziz tutsunlar.
Ayətullah Safi-Gülpayiqani Qumda yerləşən Qədir-Xum qərargahının üzvləri ilə görüşü zamanı Əhli-beyt (ə) ardıcılının şəxsiyyətini Qədir-Xum
şəxsiyyəti adlandırdı və bildirdi: “Bütün dünya bizi Əmirəl-Mömininin (ə) vilayəti ilə tanıyır və Zil-Qurbiyə məhəbbət də Əhli-beyt (ə) ardıcılındadır və
Əmirəl-möminin Əli (ə) və Məsum İmamlar (ə) vilayətinə etiqad bəsləmək - Rəsuli Əkrəmin (s) risalətini əda etmək deməkdir”.
O, buyurdu: “Dünyanın hər yerində olan Əhli-beyt (ə) ardıcılları gərək Qədir-Xumu əziz tutsunlar və ehtiram göstərsinlər. Ancaq Qum şəhərinin Əhli-beyt (ə) aşiqi olduğuna, vilayətpərəst olduğuna və Həzrət Məsumənin (ə) hərəminin bu şəhərdə olduğuna və elmi hövzənin olmasına görə yaxşı olar ki, Qumda təşkil edilən dini proqramlar başqaları üçün ülgü və nümunə olsun.
Qədir-Xumun və Əmirəlmöminin (ə) tanıdılması üçün yazılan nəşrlər təqdirəlayiqdir, xüsusilə də o nəşrlər ki, ölkəmizdən xaricdə həyata keçirilir və ümid edirəm ki, bundan da artıq çoxalar. Qumda belə bir qərargahın olması Zilhiccə və Qədir-Xum əyyamının əziz tutulması üçün lazımlı bir işdir ki, il ərzində bu layihənin üzərində işlər görülsün və bu cür təmtəraqlı mərasimlər daha çox təşkil edilsin.
Əgər bir kəsin dünya qədər ömrü olsa və bütün saleh əməlləri yerinə yetirsə, bütün peyğəmbərlərə (ə) də sevgisi olsa, ancaq Əmirəlmöminin (ə) vilayətindən məhrum olsa, Qiyamət günü heç bir əməlindən bəhrələnə bilməyəcəkdir. Çünki əməl və ibadətlərin qəbul olma şərti - Əmirəlmöminin (ə) və Məsum İmamların (ə) vilayətinin qəbul edilməsidir, dünya və axirət səadətləri də onların vasitəsilə olacaqdır.
Əgər bir cəmiyyət istəsə ki, səadətli olsun, tək yolu - Əmirəlmöminin (ə) vilayətidir. Din, dünya və axirət işlərində iqtida etməkdə Əlidən (ə) layiqlisi yoxdur. Allaha iman, cihad, zahidlik və elm müsəlmanların etiqad etdiyi dörd sifətdir və əgər bütün bunlar bir nəfərdə cəmlənərsə, fəzilətində Peyğəmbərlərin (s) səhabələrinin hamısından üstün olar. Və Əli (ə) bütün bu sifətlərə malikdir və bizim bu sifətlərdən üstün sifətlər haqqında məlumatımız yoxdur və hətta qeyri-müsəlmanlar da bunu etiraf edirlər. Əli (ə) başdan-ayağa ir əzəmət idi, böyük şəxsiyyət idi, fəzilətləri qurtaran deyildi, onun elmi səviyyəsi o qədər idi ki, Peyğəmbərdən (s) sonra İlahi məxluqatlar və alimlər arasında birinci şəxsiyyət idi”.
Ayətullah Safi Əlinin (ə) bütün sifətlərini inkişaf etmiş bəşərin numunəsi adlandırdı və bu Həzrətin tanıdılması səylərini ən böyük xidmət hesab etdi və Əli (ə) məktəbini İlahi məktəb və xeyr-bərəkət adandırdı. /Deyerler