Ayətullah Məkarim Şirazi Suriya hadisələrilə bağlı müraciət edib.

Mərcei-təqlid Şeyx Məkarim Şirazi bildirib ki, imperialistlər və bəzi ərəb ölkələri Suriyada sabitliyi pozmaq niyyətindədirlər. Buna görə müsəlmanlar Suriya dövlətini dəstəkləyib müdafiə etməlidirlər.

313news.net saytının ahlibeyt.az saytına istinadən verdiyi məlumata görə müraciətdə Suriyanın iki mühüm özəlliyinin olduğunu xatırladan mərcei-təqlid birinci özəlliyin Suriyanın İsraillə cəbhə xəttində olduğunu, ikincisi özəlliyin isə Suriyanın ABŞ, İngiltərə və Fransa kimi müstəmləkəçi dövlətlərə maneə olduğunu diqqətə çatdırıb. Mərcei-təqlid bildirib ki, elə buna görə müstəmləkəçilər, İsrail dövləti və çox təəssüf bəzi ərəb dövlətləri Suriyada sabitliyin pozulmasını istəyirlər.

Mərcei-təqlid deyib ki, ABş və israil Suriyada sabitliyi pozmağa çalışan dəstələrə silah yardımı etməklə Misir, Tunis və Yəməndə əldən verdikləri dayaqları Suriyada yaratmaq istəyirlər.

Bütün ayıq müsəlmanları Suriya hadisələrini daha dərindən analiz edərək Suriyadakı daxili müharibəni dayandırmaq üçün Suriya dövlətini dətəkləməyə çağıran Şeyx Məkarim Şirazi müstəmləkəçilərin ikinci Liviya yaratmaq istəyində olduqlarını bildirib.

Mərcei-təqlid həmçinin Suriya rəhbərliyini də söz verdiyi islahatları həyata keçirməyə səsləyib

Mərcei-təqlid ərəb millətlərinin İslami oyanışının və imanlı Suriya xalqının dirənişinin müstəmləkçilərin və İsrailin planlarını Allahın iznilə pozacağına və Suriyannın islahatlar sayəsində daha da möhkəmlənərək sionizmin qarşısında dağ kimi dayanacağına ümid etdiklərini bildirib.

В этом разделе