Ayətullah Məkarim Səudiyyəni tənqid edib

Ayətullah Məkarim Şirazi

O, Səud hökumətini şiələrə yox, sionistlərə qarşı sərt olmağa çağırıb

ABNA-nın məlumatına görə İslam dünyasının böyük mərceyi-təqlidlərindən Ayətullah Nasir Məkarim Şirazi dünən verdiyi açıqlamada bəzi vəhhabi qrupların İranlı hacılara qarşı hörmətsiz davranışlarını tənqid edib. O, şiə fiqhi ilə ibadətini yerinə yetirənlərə qarşı nalayiq hərəkətlərin olduğunu bildirib. Böyük alim Səudiyyə hökümətinin bunlara reaksiya vermədiyini, əks tədbirlər görmədini bildirib.

Şiələrin yaxın şərqdə böyük güc olduqlarını bildirən Ayətullah Məkarim Səudiyyə hökumətinə müraciət edib: "Radikal və təkfirçi sələfi qruplardan ayrılıb İslam düşmənlərinə və sionist rejimə qarşı dik müqavimət göstərin!".

В этом разделе