Artıq Məhəmməd Peyğəmbərin də (s.a.a.) şəxsiyyət vəsiqəsi var...

Şəxsiyyət vəsiqəsi 1 lirəyə satılır.

 

Türkiyədə Of şəhərinin müftisi Mehmet Genc və Peyğəmbərimizi Tanıtma və Mədəniyyət Vəqfinin üzvü Burhan Gültəkin Məhəmməd Peyğəmbər (s.a.a) üçün şəxsiyyət vəsiqəsi hazırlayıb. Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən M. Genc peyğəmbərin anadan olmasından 1422 il keçəndən sonra şəxsiyyət vəsiqəsi hazırlamaqlarını belə izah edib: 

"Bu, dünyada bir ilkdir. İndiyə qədər belə şey düşünülməmişdi. Bu bir kimlik kartı deyil, şəxsiyyət vəsiqəsidir. Şəxsiyyət vəsiqəsi məxsusi olaraq Ramazan ayı üçün İstanbulda çap edilib. Mənə 1000 ədəd göndərilib. Xərci 25 qəpikdir, qəbz qarşılığında 1 Türk lirəsinə satılır".

"İnşallah, Allahın Rəsulu 1422 il sonra yaradılmış bu şəxsiyyət vəsiqəsinin dizaynından və elanından mənən məmnun olub. Uca Rəbbim hamımızı ona xidmətçi etsin. Allahın Rəsulu üçün nə etsək azdır", deyə M. Genç əlavə edib. 

HaberTürkün xəbərinə görə, ikiüzlü şəxsiyyət vəsiqəsində Türkiyə Cümhuriyyəti şəxsiyyət nömrəsi kimi ifadələrlə yanaşı, Məhəmməd Peyğəmbərlə (s.ə.s) əlaqədar bir çox məlumat qeyd olunub.

Bir sıra din xadimləri və eləcə də adamları isə buna qarşı çıxıblar. Onların sözlərinə görə, Məhəmməd Peyğəmbərin (s.a.a) şəxsiyyət vəsiqəsi Qurandır. İkinci şəxsiyyət vəsiqəsinə ehtiyac yoxdur. Əgər belə bir şey lazımdısa da, buna ancaq Onun ailəsi və qəbiləsi qərar verə bilər. 

 

В этом разделе