Amnesty İnternational İsraili hərbi cinayətdə günahlandırır

“Yeni Şərq”in BBC-yə istinadən verdiyi məlumata görə, Amnesty İnternational təşkilatı bildirib ki, bu ilin əvvəllərində Qəzzadakı hərbi əməliyyat zamanı İsrail hərbi cinayətlər törədib.

Yaydığı hesabatda Amnesty İnternational deyir ki, İsrail bu hücumda əhalinin sıx yaşadığı ərazilərdə artilleriya və ağ fosforlu mərmilər kimi dəqiq olmayan silahlardan istifadə edib.
İsrailin bu əməliyyatı zamanı təxminən 1400 fələstinli, o cümlədən yüzlərlə günahsız uşaq və qadın, həmçinin qarşı tərəfdən 13 israilli hərbçi həlak olmuşdu.
BMT-nin İnsan Hüquqları missiyası iddia edilən beynəlxalıq qanunun pozulması hallarılna dair hazırda Qəzzada ictimai dinləmələr keçirir.
“Yeni Şərq”

В этом разделе