Amerikalı alim kişilərin hicaba necə reaksiya verdiklərini müəyyənləşdirib

Başörtüyündən istifadə edən müsəlman qadınların tez-tez özlərini “qorunmuş” və “ehtiram göstərilmiş” kimi hiss etdiklərini deyən alimlər bunun elmi əsaslara söykəndiyini sübut ediblər.

Prinstoun universitetinin psixoloqu Suzan Fisk tərəfindən insan beyninin funksiyasının araşdırılması zamanı aşkar edilib ki, yarıçılpaq halda olan qadınları görən kişilərin beyni buna müəyyən reaksiya bildirir.

Araşdırmaların nəticəsində əldə olunan beynin fotoşəkilləri örtülü və yarı-çılpaq kişi və qadınları görən qarşı cinsin nümayəndələrinin gördükləri qarşısında beyinlərinin verdiyi reaksiyaların fotolenti çıxarılıb. Araşdırmanın nəticələrinə görə, qadın nə qədər örtüksüz olursa, kişinin beyninin arxa hissəsində buna bir o qədər aydın şəkildə reaksiya verilir.

“Kişilərin beyinləri yarıçılpaq qadınları gördükdə bu, beyində sanki “bu bədənlə nə etmək” reaksiyası doğurur. Kişilərin beyinlərinin arxa hissəsi yarı-çılpaq qadın şəkillərini gördüyü zaman hər hansı obyekti gördükdə verilən reaksiyanı nümayiş etdirir” – deyə Çikaqoda keçirilən elmi konfransda Suzanna Fisk qeyd edib.

Kişilərin yaddaşında aparılan testlərə görə, onların böyük əksəriyyəti bikini geyinmiş qadın fotoşəkillərini ani görmələrinə baxmayaraq, yadda saxlaya bilirlər.

S.Fisk tamamilə örtülü olan qadın şəkillərinə baxan kişilərin beyinlərinin gördükləri qarşısında verdikləri reaksiyaları da araşdırıb. Psixoloqun əldə etdiyi nəticəyə görə, belə qadınlar kişilər tərəfindən öz hərəkətlərinin sahibi kimi qəbul edilib təsir sahəsinə alınacaq obyekt kimi xarakterizə edilmirlər.

“Örtülü olan qadınlar hörmətə daha çox layiqolma reaksiyası doğururlar. Həmçinin, onlar qarşı cinsin nəzərində daha ağıllı və bacarıqlı hesab olunurlar. Araşdırmaya görə, açıq-saçıq geyinən qadınlara qarşı kişilərin beyni “daha az insaflı” olur. Bu fotoşəkillər ciddi araşdırılmalıdır. Onlar neytral mövqe nümayiş etdirmirlər” – deyə S.Fisk konfransdakı çıxışında qeyd edib.

/islamnews.ru//AzeriMuslims/


В этом разделе