Allahın varlığı barədə (müsahibə)

Bismillah !

Sual:Hörmətli Nizami müəllim ateistlər bizə sual ünvanlayır ki,Allah elə bir varlıq yarada bilərmiki özü kimi olsun?Bu barədə münasibətiniz nədir?


Cavab:Allah-Təalanın varlığı və ona məxsus sifətlət haqqında məlumatımız,sonuncu kitab Qurani Kərimdən bəllidir.Çünki əvvəlki dini kitablarda bu haqda heç nə deyilmədiyindən,insanlar nəyi(İkona) və ya kimisə (İsa(ə) peyğəmbər,Budda və s....) allahlaşdırılır.Materiya formasında olan səcdagahlar düzəldirdilər.İxlas surəsində deyilir:O,yerdə və göydə saysız varlıqlar yaradan,var edən və yenə yox edəcək olan.Əvvəli və axırı olmayan.Daim var olan.Bir(tək) olan,bərabəri,ortağı olmayan(tapılmayan,',0),yaradılmışlardan heç birinə bənzəməyən,varlığında heç bir şeyə möhtac olmayan Allahdır.


Qüdrətli Allah nə doğmuş,nə də doğulmuşdur.Deməli Allah-Təala yaradılmış deyil(yəni onu kimsə doğmamışdır-doğulmamışdır.Xristianlara işarədir.İsa(ə) Allah kimi baxanlara).O,həmdə bəşər deyil ki,nə isə doğsun.

Birincisi Allah özü yaradılmış deyilsə(doğulmuş) deyilsə,Allahın ikinci bir Allah(əstəğfurullah) yaratması yaradılan Allah olar.Bu isə Allaha məxsus sifət deyil(İxlas surəsi).Çünki o doğulmamışdır.

İkincisi Allahın heç bir şəriki yoxdur və yaratdığı ilə özünə şərikmi qoşacaq?

Üçüncüsü Yaradılan hər şeyin məkanı olur.Allahsa yaradılmadığından o,laməkandır.Yəni o hər yerdə mövcuddur eyni anda.Deməli o hər yerdədirsə ikinci Allaha nə ehtiyac var?Allah özünə bənzərini yaradarsa o yaradılmış olar,deməli məkanı olar.Allah məkansızdır.

Bəzən bəzi məzhəblər deyir Allah göylərdədi.Amma bayaqda dediyimiz kimi Allah məkansızdır .Həm bildiyimiz kimi məkan anlayışı olan yerdə hökmən cismdə olmalıdır.Məkan olan yerdə cism hökmən məkandan kiçik olar.Amma Qurani Kərimdə buyrulur Allah böyükdür.Burdan belə nəticəyə gəliri ki,Allah göylərdə deyil


Vəssalam


Nizami Ağayev Fizika elmlər namizədi.


Müsahibəni aldı İlkin Hüseyni.


WWW.MEDIA-ISLAM.COM

В этом разделе