Qətər bu il dünyanın ən varlı ölkəsinə çevrilib
Fars körfəzi ölkələrindən olan Qətər keçən il Lüksemburqu da keçərək dünyanın ən varlı ölkəsi olub. 313news.net-in Türkiyənin "Milliyyət" qəzetinə istinadlı məlumatına görə, təbii qaz ölkəsi olan Qətərin sərvətinin ABŞ-ı iki dəfə qabaqladığı bildirilir. Dünya Maliyyə Fondunun məlumatına görə, keçən il ölkədə adambaşına düşən milli gəlir 88 min 221 dollara çatıb. Proqnozlara görə, Qətərin 2016-cı ildə adambaşına düşən milli gəliri 111 min 663 dollar olacaq, kimi 5 il sonra ABŞ üçün bu rəqəm 55 min 622 dollar təşkil edəcək.
Cəmi 850 min nəfər əhalisi olan Qətərin yaxın 5 ildə tikinti və enerji layihələrinə 125 milyard dolllar xərcləyəcəyi bildirilir.