17 noyabr-30 zil-qədə İmam Təqinin (ə) şəhadət günüdür

Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin 195-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. İmam Cavadın (ə) atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş, iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur.
  İmam Məhəmməd Təqi (ə) (İmam Cavad) İmam olduğu müddət ərzində iki Abbasi xəlifəsi ilə, yəni Məmun (193-218 h.q) və Mötəsimlə (218-227 h.q) bir dövrdə yaşamışdır. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Riza (ə) barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar.
  Xeyir-bərəkətli bir təvəllüd İmam Riza əleyhissəlamın ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (ə) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Riza əleyhissəlamın yanında idim. Bu vaxt o Həzrətin azyaşlı uşağı Cavad (ə) bizim yanımıza gəldi. İmam Riza (ə) buyurdu ki, şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”
  Qeyd etdiyimiz kimi İmam Cavad (ə) uşaq ikən İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrət bir sıra elmi müzakirələr təşkil etmiş və bəzi vaxtlar da həmin müzakirələr çox təntənəli şəkildə keçirilmişdir. Bu müzakirələrin təşkil edilməsinin əsas səbəbi o idi ki, bir tərəfdən o Həzrətin yaşının az olmasına görə onun İmam olması bir çox şiələr üçün hələ tam sübuta yetməmiş (baxmayaraq ki, şiələrin əsas alim və başbilənlərinin şiə əqidələrinə dair bu barədə heç bir şəkk-şübhəsi olmamışdır,',0), buna görə də, arxayınlıq əldə etmək məqsədilə o Həzrətə çoxlu sayda suallar verirdilər. Digər tərəfdən də, İmam Cavadın (ə) yaşadığı dövr Mötəzilə məzhəbinin qol-budaq atıb genişlənərək nüfuz tapdığı bir dövr olmuş, yerli hökumət də, onları himayə edir və bu məzhəbin əqidələrini möhkəmlətmək, digər məzhəbləri isə nüfuzdan salmaq üçün əlində olan bütün maddi və mənəvi imkanlardan istifadə edirdi. Mötəzilə məzhəbinin əqidələri bəşərin naqis və səhv edən ağlına arxalanır. Mötəzilə məzhəbində olanlar dini hökmləri ilk növbədə öz ağılları ilə ölçərək ağılları qəbul edənə əməl edir və ağıllarının qəbul etmədiklərini isə inkar edirdilər. Bir uşağın kiçik yaşlarından ümmətə rəhbər və İmam seçilməsi onların ağlına sığmadığı üçün öz fikirlərində İmam Cavadı (ə) elmi mübarizə meydanında məğlub edəcəklərini düşünüb, o Həzrətə çətin və dolaşıq suallar verirdilər. Ancaq bu müzakirələrin hər birində İmam Cavad (ə) (İmamət elmi sayəsində) öz qəti və aydın cavabları ilə özünün İmam olması məsələsi üzərindən bütün şəkk-şübhəni qaldıraraq İmam olduğunu və ümumiyyətlə, İmamət məsələsini isbat edirdi. Buna görə də, daha İmam Hadinin (ə) İmaməti dövründə (o Həzrət də kiçik yaşlarında ikən İmamət məqamına yetişmişdi) bu məsələ heç bir müşkül doğurmurdu. Çünki artıq hamıya məlum olmuşdu ki, yaşın az olması Allah tərəfindən verilmiş bu məqama heç bir təsir göstərə bilməz. /haqqyolu/


В этом разделе