Qəddafinin oğlu Seyf əl-İslam isə səhrada gizlənir
Liviyanın Milli Keçid Şurasının rəhbəri Mahmud Cibril Müəmmar Qəddafinin öldürüldüyünü rəsmən təsdiqləyib. APA-nın  məlumatına görə, M. Qəddafi Sirt şəhərində pusquya salınıb. O, əsir  götürülsə də, atışma zamanı aldığı güllə yaralarından ölüb.  
 
 Artıq onun meyitinin şəkilləri yayımlanıb. M. Qəddafi ilə birlikdə oğlu  Motəssim də Sirtdə öldürülüb. Onların hər ikisinin meyiti Misrata  şəhərinə aparılıb. 
 
 Milli Keçid Şurasındakı mənbə M. Qəddafinin oğlu Seyf əl-İslamın Sirtdən  səhraya qaçdığını, orada gizləndiyini bildirib. Onun tutulması üçün  lazımi tədbirlər görülür.














