Mursi təslim oldu

Son məlumata görə Qahirədə Prezident Sarayının qarşısında toplaşanlar Prezident Qvardiyasının səddini yararaq içəriyə hücum çəkiblər

Sarayı əhatəyə almış tikanlı məftillərlə hasarlanmış səddlər dağıdılıb. Vəziyyətin nəzarətdən çıxdığını görən Prezident Qvardiyası Prezident Sarayını tərk edib.Misirin “MENA“ dövlət agentliyi bildirir ki, müxbirimiz Səlma Şükürallah bütün bu proseslərin canlı şahidi olub. Sədd kimi sitifadə olunan beton dirəklər də aşırdılıb.

Misir dövlət televiziyası da Prezident Qvardiyasının Prezident Sarayını tərk etdiyini təsdiqləyib.

Misirin vitse-prezidenti Mahmud Mekki isə prezident Məhəmməd Mursinin bəyanatını oxuyub. Bəyanatda deyilir ki, prezident konstitusiyaya əlavə və düzəlişlərlə bağlı 15 dekabr referendumunu ləğv etməyə hazırdır. /Yeni Musavat/

В этом разделе