Afrika » Liviya Milli Keçid Şurasının rəhbəri Qəddafinin öldürüldüyünü rəsmən təsdiqləyib

Qəddafinin oğlu Seyf əl-İslam isə səhrada gizlənir

Liviyanın Milli Keçid Şurasının rəhbəri Mahmud Cibril Müəmmar Qəddafinin öldürüldüyünü rəsmən təsdiqləyib. APA-nın məlumatına görə, M. Qəddafi Sirt şəhərində pusquya salınıb. O, əsir götürülsə də, atışma zamanı aldığı güllə yaralarından ölüb.

Artıq onun meyitinin şəkilləri yayımlanıb. M. Qəddafi ilə birlikdə oğlu Motəssim də Sirtdə öldürülüb. Onların hər ikisinin meyiti Misrata şəhərinə aparılıb.

Milli Keçid Şurasındakı mənbə M. Qəddafinin oğlu Seyf əl-İslamın Sirtdən səhraya qaçdığını, orada gizləndiyini bildirib. Onun tutulması üçün lazımi tədbirlər görülür.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!