Yəməndə Quranın ilk əlyazma nüsxəsi tapılıb

İslam Peyğəmbərinin (s) vəfatından 70 il sonra yazılmış ilk əlyazma Quran Yəmənin Səna şəhəri məscidində saxlanılır.

313news.net saytının birlik.az saytına istinadən verdiyi məlumata görə 1972 –ci ildə Səna şəhərinin came məscidində digər əlyazmalar arasında tapılan ilk əlyazma Quran hazırda bu şəhərin came məscidində saxlanılır. Bu əlyazma Quran miladi təqvimi ilə VI vəVII əsrlərə aiddir və ekspertlər onun İslam Peyğəmbərinin (s) vəfatından 70 il sonra yazıldığı qənaetindədirlər. 

Yəməndə İslam Peyğəmbərinin (s) hicrətindən 6 il sonra tikilmiş məscid 1972-ci ildə sökülərək yenidən tikilən zaman bu əlyazma Quran məscid minbərinin altında kisənin içərisində ayrı-ayrı vərəqlər formasında tapılıb. 

Qeyd edək ki, bəziləri iddi edirdilər ki, Quranda zaman keçdikcə dəyişikliklər olub lakin bu əlyazma Quranın tapılması onların iddiasını yalanladı və məlum oldu ki, Quranda heç bir dəyişiklik olmayıb.

В этом разделе