Yəmən şiələrlə müharibəyə xitam verir

Atəşkəs barədə saziş qüvvəyə minmək üzrədir

Yəmən hökuməti ölkənin şimalında fəaliyyət göstərən şiə üsyançılara qarşı hərbi əməliyyatları dayandırmağa razılıq verib. Atəşkəs barədə saziş yerli vaxtla gecə yarısı qüvvəyə minməlidir.

Xatırladaq ki, Yəməndə şiə qruplaşmaları ilə hökumət qüvvələri arasında münaqişə 2004-cü ildən davam edir. Bu il isə münaqişənin miqyası genişlənərək Səudiyyə Ərəbistanı ərazisinə keçib. Burada üsyançılarla bir neçə həftə davam edən silahlı toqquşmalardan sonra onları Səudiyyə Ərəbistanı ərazisindən çıxarmaq mümkün olub. /anspress/

В этом разделе