Yəmən paytaxtı Sənaya avia-zərbələr endirilib: 23 ölü

Yəmən diktatoru öz paytaxtını bombalayıb

Yəmən hökumət qüvvələri paytaxt Səna yaxınlığındakı tayfa regionuna avia-zərbələr endirib. Tayfa üzvləri anti-hökumət nümayişlərini yatırmağa gedən tank briqadalarının qarşısını almağa cəhd edərkən havadan zərbələr endirilib. Avia-zərbələr nəticəsində azı 23 nəfərin öldüyü bildirilir. Verilən məlumata görə, briqadaya Yəmən prezidenti Əli Abdulla Salehin oğlu rəhbərlik edib-ANS PRESS xəbər verir.

Ötən gün həmçinin Yəmənin Hudayda şəhərində hökumət qüvvələri ilə nümayişçilər arasında toqquşmada 20 nəfər xəsarət alıb.

В этом разделе