Yəmən ordusu şimal bölgələrə əsgər toplayır

İsra.Az saytının İsrahaber`ə istinadlı xəbərinə görə, 12 Fevralda imzalanan razılaşmadan sonra Yəmən ordusu yenidən şimala əsgər yığmağa başladı.

əl-Aləm televiziyasının xəbərinə görə Yəmən ordusu, şimal bölgəsinə ikinci bir briqadanı daha göndərdi.

Husilər, 12 Fevral 2010-cu ildə imzalanan atəşkəs razılaşmasından sonra 1000-ə yaxın tərəfdarının sərbəst buraxılmasını istəmişdi.

Yəmən ordusunun 2004-cü ildən bu günə qədər şimaldakı Səədə şəhərində yaşayan Husilərə istiqamətli təşkil etdiyi hücumlar aralarında qadın və uşaqların da olduğu çox sayda vətəndaş həyatını itirmişdi.

İsra.Az

В этом разделе