Xalid Məşəl: “Daxili barış müqaviməti diriltməlidir”

Xalid Məşəl

İslami Müqavimət Hərəkatı (Həmas) Siyasi Büro Başçısı Xalid Məşəl, Fələstinin daxili barışının Yaxın Şərq Dördlüsünün şərtlərinə görə olmasının mümkün olmadığını ifadə edərək, bunun ancaq Fələstin müqavimətini qoruyacaq və dəstəkləyəcək milli bir proqram çərçivəsində reallaşa biləcəyini ifadə etdi

İsra.Az saytının istinadlı xəbərinə görə, Dr. Əbdüləziz Rantisinin şəhadət ildönümü münasibəti ilə Həmas Hərəkatının Qəzzada dünən (16 Aprel Cümə) təşkil etdiyi fəaliyyətə telefonla qatılan Məşəl, Fələstin xalqının haqqını müdafiə etmək üçün Fələstin müqavimətinin Qərbi Yaxada da səfərbərlik elan etməsi lazım olduğunu söylədi.

Ərəblərə də səslənən Məşəl belə dedi: “Ərəb ölkələrinin düşmənlə barış etmə variantından imtina etmələri lazımdır. Barışı güclü olanlar edərlər. Zəifləyər isə əsla. Ərəblərdən Fələstin xalqını və bu xalqın müqavimətini dəstəkləmələrini istəyirik”.

В этом разделе