Vəhhabilərin təkfir etdiyi Bəhreyn şiələri Ayətullah Xameneyiyə müraciət etdilər

Ayətullah Seyid Əli Xameneyi

Bəhreyn şiələri İranın ali dini liderini öz rəhbərləri bildiklərini qeyd ediblər

Artıq bir müddətdir ki, Bəhreyndə xalq mövcüd rejimə qarşı etirazlara qalxıb. Bəhreyn hakimiyyəti isə xalqa Səudiyyə və BƏƏ-dən hərbi dəstək almaqla divan tutur. Diktator rejimi bu ölkədə nümayişlərin önündə gedən Əhli-beyt (ə) tərəfdarlarına qarşı xüsusi amansızlıq göstərilir. Vəhhabi müftiləri də Bəhreyn şiələrini təkfir etmiş, onları "kafir" adlandırmışdılar. "Deyerler"in "Abna"nın verdiyi məlumata görə, bunu nəzərə alan Bəhreynli Əhli-beyt (ə) yolu davamçıları İranın ali dini rəhbəri Ayətullahul-üzma Seyid Əli Xameneyiyə məktub ünvanlayıblar. Məktubda bildirilir:

"Salam olsun, bu çətin və qaranlıq dolu bir zamanda müsəlmanların və İslam dünyasının məsuliyyətini öz üzərində daşıyan rəhbərə. Biz bir qrup Bəhreyn müsəlmanlarıyıq. Və sizin müqəllidinizik. Biz indi çox çətin bir durumdayıq. Vəziyyət o yerə çatıb ki, bizim qardaş və bacılarımızı Ali-Xəlifə sülaləsinin tərəfdarları gözümüzün qarşısında qətlə yetirirlər. Fəryadımız bir yerə çatmır. Allah yolunda çıxış etmişik, amma bizi öldürürlər. Sizdən xahiş edirik ki, Allah yanında bizim üçün dua edin. Zira, Sizin dualarınızın qəbul olunmasına bizim yəqinimiz var. Bizə Sizdən başqa kim kömək edə bilər?! Biz Sizin müqəlllidlərinizik, övladlarınızıq, bizə öz məsləhətinizlə kömək edin. Sizin Misir inqilabı zamanında ərəbcə söylədiyiniz o möhtəşəm nitqiniz misirli qardaşlarımıza şövq verdi, onları qələbəyə ruhlandırdı, Misir inqilabının qalibiyyət səbəbi oldu. Biz də əziyyət və iztirab içindəyik və şəhadət üçün əlimizdə müqavimətdən başqa bir şey yoxdur. Allahdan yardım və qələbə gözləyirik".

В этом разделе