Türkiyənin İsraildəki səfirliyində atəş səsləri eşidilib

Naməlum bir şəxsin səfirlik əməkdaşını girov götürmək istədiyi güman olunur

Türkiyənin İsraildəki səfirliyində atəş açıldığı bildirilir. "ANS PRESS"in Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, səfirliyə gələn bir fələstinli səfirlik əməkdaşını girov götürməyə çalışıb. Lakin, səfirliyi mühafizə edən təhlükəsizlik xidməti əməkdaşları onu zərərsizləşdirə biliblər. Hadisə zamanı atəş açıldığı bildirilsə də, hələlik bu barədə rəsmi açıqlama verilməyib.

Diplomatik nümayəndəliyin binası ətrafına xeyli sayda İsrail təhlükəsizlik qüvvələrinin əməkdaşları toplaşıb, əraziyə ambulans çağırılıb.

“Associated Press” isə baş verən insident zamanı şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyən bir nəfərin yaralandığını bildirib. Agentliyin məlumatına görə, İsrail rəsmiləri atəş açılmış şəxsin dörd il öncə İngiltərənin İsraildəki səfirliyindən sığınacaq tələb etdiyini bildiriblər.

В этом разделе