Türkiyənin Baş naziri yaxın zamanda Qəzzəyə gedəcək

Baş nazir Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Qəzzəyə gedəcəyi və Fələstinə yardım aparacaq gəmilərdə Türkiyənin Hərbi Donanma Qüvvələrinin də olacağı barədə məlumat yayılıb

SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yaxın zamanda Qəzzəyə kömək aparmaq üçün yola çıxan gəmilərə türk donanmasının nümayəndələri də yoldaşlıq edəcək.

“Hürriyet Daily Nyus”a açıqlama verən dövlət səlahiyyətlisi deyib ki, Türkiyənin Aralıq dənizindəki varlığını gücləndirəcək və İsrailin burada beynəlxalq hüquqa zidd hərəkətlər etməsinin qarşısı alınacaq.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Xarici İşlər Nazirliyinə Qəzzaya səfər təşkil edilməsi üçün təlimat verdiyini, nazirliyin bu səfər üçün uyğun zaman gözlədiyi bildirilir.

Xarici İşlər Nazirliyinin nümayəndəsi söyləyib ki, Türkiyənin əsas məqsədi Qəzzaya tətbiq olunan embarqoya dünyanın diqqətini çəkmək və bunun sona çatmasını təmin etməkdir.

В этом разделе