Türkiyədən Qəzzafiyə təklif

Müəmmər Qəzzafi

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, onlar Liviyanın diktator rejiminin rəhbəri Muammar Qəzzafiyə Liviyanı tərk etməsinin müqabilində həyatına zəmanət veriləcəyinə dair vəd veriblər

Bu barədə "Deyerler" "Lenta"ya istinadən xəbər verir. Türkiyənin NTV kanalına müsahibə verən baş nazir bildirib ki, onlar hələ də Liviya diktatorundan öz təkliflərinə cavab gözləyirlər.
“Qəzzafinin zəmanət altında Liviyanı tərk etməkdən başqa heç bir çıxış yolu qalmayıb. Biz özümüz öz nümayəndəmiz vasitəsilə ona zəmanət vəd etmişik. Biz Qəzzafiyə bildirmişik ki, ona istədiyi istiqamətdə yollanmaq üçün yardım göstərəcəyik”, - deyə Ərdoğan vurğulayıb.
Ərdoğan belə bir təklifin nə zaman ünvanlandığını və həmçinin hansı formada zəmanət verildiyini açıqlamayıb.

В этом разделе