Türkiyədə həbslər davam edir

“Çəkic Planı” ilə bağlı 2 admiral və 3 polkovnik həbs olunub, 1 polkovnik sərbəst buraxılıb.

Türkiyədə dövlət çevrilişi etmək istəyən hərbçilər tərəfindən hazırlandığı iddia olunan “Çəkic Planı” ilə bağlı aparılan istintaq çərçivəsində növbəti həbs dalğası başlayıb.Xüsusi səlahiyyətli İstanbul prokuroru Hüseyn Ayar admirallar Şafak Yürekli və Osman Kayalar, polkovniklər Erhan Şensoy, Cem Okyay, Aşkın Öztürk və Gürsel Çaypınarın ifadələrini alıb. 

Prokuror bu şəxslərin həbsini istəyib və onlar İstanbul Məhkəməsinə çıxarılıblar. Məhkəmə polkovnik Aşkın Öztürkü sərbəst buraxıb, digər 5 hərbçinin isə həbsi barədə qərar verib.

В этом разделе