Türkiyədə ələvilərin məzarları dağıdılıb

Dünən Türkiyənin Antaliya şəhərində naməlum şəxslər ələvilərin 20 məzarını təhqir edərək başdaşlarını söküblər.

İslam.az-ın Türkiyənin “Taraf” qəzetinə istinadən verdiyi məlumata görə, ələvilərin kompakt yaşadığı Antaliyanın Teomanpaşa məhəlləsinin əhalisi toplanaraq baş vermiş hadisəyə etiraz ediblər. İlk baxışdan hadisənin siyasi və ya məzhəb ayrıseçkiliyi məqsədi ilə baş vermədiyini söyləyən Ələvi Cəmiyyətləri Birliyinin Antaliya şöbəsinin başçısı Haqverdi Çelik hadisəyə münasibət bildirərək deyib: “Hər halda bu yol verilməz bir hadisədir. Bəzi xuliqan ünsürlərin törətdiyi əmələ bənzəyir. Belə hadisələr insanlığa sığmır və biz bunu kəskin surətdə pisləyirik”.

В этом разделе